FACT-INFO.AZ » SİYASƏT » Sahibə Qafarova: "Azərbaycan Ermənistanla sülhə hazırdır"
2-12-2023, 09:30 | SİYASƏT
Sahibə Qafarova: "Azərbaycan Ermənistanla sülhə hazırdır"

Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

Fact-info.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlar Palatasının sədri Azərbaycan parlamenti ilə Çex Respublikasının qanunverici orqanı arasında yalnız spikerlər səviyyəsində deyil, komitələr, dostluq qrupları səviyyəsində də əməkdaşlığın önəmini vurğulayıb. Həmçinin, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır. O cümlədən, Azərbaycanın Çexiyanın ikinci neft tədarükçüsü olduğu vurğulanıb. Əlaqələrin enerji, ticarət, iqtisadiyyat sahələrində inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilərək bildirilib ki, tərəflər arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir.

Görüşdə, həmçinin bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğu, ötən dövr ərzində dövlətlərarası münasibətlərin inkişaf etdiyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu qeyd edib.

Milli Məclisin sədri ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin önəminə toxunaraq, deyib ki, iki ölkənin parlamentləri olaraq, əməkdaşlığı daha da inkişaf etdirmək, həmçinin parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi vacibdir. O, bu mənada parlamentlərimiz arasında körpü rolunu oynayan dostluq qruplarının birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən spiker Sahibə Qafarova, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb.

Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək, regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərmişdir.

O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi məlumatlandırıb. Spikerin sözlərinə görə, bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmayıb. Sahibə Qafarova, həmçinin Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələri də vurğulayıb. O, bir daha bəzi dairələr Azərbaycanı etnik təmizləmədə ittiham etsələr də, bu ittihamları təsdiq edəcək bir dənə də faktın olmadığını, regiona səfər edən BMT missiyalarının da bunu təsdiqlədiyini bildirib.

Azərbaycanın regionda daimi sülhün təmin olunmasını istədiyini deyən Sahibə Qafarova, bir daha diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır.

Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.

Sonra Milli Məclisin sədri xatirə kitabını imzalayıb.

Görüşdən sonra Azərbaycan parlamenti rəhbərinin Çex Parlamentinin Deputatlar Palatası tərəfindən salamlanması mərasimi olub.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Deputatlar Palatasının inzibati binası ilə tanış olublar.




Baxış sayı: 90
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30