FACT-INFO.AZ » XƏBƏR » Praqada Azərbaycana həsr edilmiş filmin təqdimatı olub
1-12-2023, 19:30 | XƏBƏR
Praqada Azərbaycana həsr edilmiş filmin təqdimatı olub

Praqada Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Ostrava televiziyasının hazırladığı Azərbaycana həsr edilmiş filmin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, “Azərbaycan Petr Valdanın gözü ilə” adlı layihənin məhsulu olan 13 hissədən ibarət qısametrajlı filmdə Azərbaycanın müxtəlif guşələri, mədəniyyəti, tarixi və xalqın gündəlik həyatı təsvir edilib.

Fact-info.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov filmin rejissoru Petr Voldana, filmin hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə də Çex Televiziyasının rəhbərliyinə belə böyük və çex tamaşaçısı üçün maraqlı ola biləcək bir iş üçün təşəkkürünü bildirib. Sonra səfir mədəniyyətin xalqların tanınmasındakı rolundan danışıb, bu xüsusda, son illərdə Azərbaycan səfirliyinin birbaşa təşkilatçılığı və dəstəyi ilə Azərbaycan yazıçılarının əsərlərindən ibarət 3 kitabın çex dilinə tərcümə edilərək çap edildiyini diqqətə çatdırıb. Geniş çex auditoriyasına təqdim olunan filmin də Azərbaycanın tanıdılması və təbliğ olunması işinə böyük töhfə verəcəyinə əminliyini vurğulayan A.Məmmədov, bu layihənin dayanmayacağına, gələcəkdə Azərbaycan haqqında müxtəlif mövzuları əhatə edən yeni-yeni filmlərin çəkiləcəyinə də ümidvar olduğunu bildirib.

Sonra A.Məmmədov Azərbaycanda mövcud olan tolerant və multikultural cəmiyyətin başqa xalqlar və ölkələr üçün nümunə olduğundan danışıb. Bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun iqtisadi və siyasi həyatında oynadığı roldan və dünya iqtisadi sisteminə verdiyi töhfələrdən danışıb.

Sonra Petr Voldan və filmin yaradıcı heyəti çıxış edərək, Azərbaycan haqqında təəssüratlarını bölüşdülər. Sonda isə filmə baxış keçirilib.

Qeyd edək ki, təqdimatda diplomatik korpusun üzvləri, çex ictimaiyyətinin nümayəndələri, Karlov Universitetinin müəllim heyəti və həmvətənlərimiz iştirak ediblər.




Baxış sayı: 100
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30