FACT-INFO.AZ » XƏBƏR » “Azərbaycan regionda uzunmüddətli sülh üçün böyük səylər göstərir”
1-12-2023, 10:00 | XƏBƏR
“Azərbaycan regionda uzunmüddətli sülh üçün böyük səylər göstərir”

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Müharibənin gətirdiyi bütün ağrı-acılara baxmayaraq, Azərbaycan dəfələrlə sülhə hazır olduğunu ifadə edib”.

Fact-info.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu, ədalətli sülh olmalıdır - hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalına toxunan parlamentin spikeri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif etməklə regionumuzda uzunmüddətli davamlı sülhün bərqərar olunması istiqamətində böyük səylər göstərir.

İştirakçıların diqqətinə çatdırılıb ki, Ermənistanın siyasi və hərbi təxribatları, onun son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin aparılmasını qaçılmaz edib. Bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib, mülki şəxslər arasında itki qeydə alınmayıb. Nəticədə separatçı rejim özünü buraxdığını elan edib və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Spiker Sahibə Qafarova deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Sıfırdan yeni şəhərlər, kəndlər salınır, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. “Böyük Qayıdış Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna kimi 140 mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq.

Milli Məclisin sədri təəssüflə xatırladıb ki, işğal illərində Ermənistanın bu ərazilərdə yerləşdirdiyi 1 milyondan çox mina yenidənqurma işlərini və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını ləngidir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra 340-dan çox azərbaycanlı mina partlayışlarının qurbanı olub. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, minatəmizləmə fəaliyyətlərində ən az beynəlxalq dəstək alır.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30