FACT-INFO.AZ » XƏBƏR » "Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimatı olub
30-11-2023, 17:30 | XƏBƏR
"Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimatı olub

"Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimat mərasimi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitabın müəllifi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürovdür.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin təbii sərvətlərindən səmərəli istifadə sahəsində çox böyük işlər gördüyünü deyib.

"Kitabı vərəqləyərkən müəllifin kifayət qədər əziyyət çəkdiyini görmək olar. Kitabda Azərbaycanın faydalı qazıntı yataqları, onların istismarı ilə bağlı dolğun məlumatlar yer alıb. Məlumatlara əsasən görürük ki, Böyük Qayıdış proqramının icrası üçün kifayət qədər resurslarımız var. Həmin ərazilərin bərpası üçün milyard manatlarla vəsait qoyulacaq, bunun 70-80 faizi tikinti-quruculuq işlərinə sərf olunacaq. Həmin işlərin həyata keçirilməsi üçün faydalı qazıntılardan da səmərəli istifadə ediləcək. Kitabda Heydər Əliyevin dağ-mədən sənayesinin inkişafında əvəzsiz xidmətləri, bu sahə üzrə mütəxəssislərin hazırlanması üçün gördüyü işlər barəsində də məlumatlar yer alıb. Kitabda Azərbaycanın təbii sərvətlərindən istifadə edilməsinə xarici investisiyaların cəlb edilməsi prosesi barədə konkret faktlar göstərilib. Həmçinin Azərbaycanın təbii sərvətlərindən istifadə edilməsinin ekoloji təhlükəsizlik məsələləri ilə bilavasitə əlaqələndirilməsi də kifayət qədər geniş işıqlandırılıb. Hesab edirəm ki, Azərbaycan geoloqları, inşaatçıları, Azərbaycan iqtisadiyyatını öyrənənlər, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində iştirak edənlər üçün önəmli vasitə olacaq", - deyə Z.Səmədzadə bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun sözlərinə görə, dağ mədən sənayesinin inkişafı zamanı təbii sərvətlərdən səmərəli istifadə edilmədiyi dövrlər də olub. Qeyd olunub ki, bu gün hələ də həmin proses davam edir. Kitabda həmin problemə elmi cəhətdən yanaşılıb: "Dağ-mədən sənayesinin inkişafının mərhələlərindən söz açılıb. Ulu Öndərin zamanında başladığı iş mədənçilik sənayesinin inkişafına təkan verib və bu gün də davam etdirilir. Bu gün əsas istiqamətlərdən biri yaşıl iqtisadiyyata keçidlə bağlıdır. Yaşıl iqtisadiyyatın təməl prinsiplərindən biri resurslardan səmərəli istifadənin şərtləndirilməsidir. Buna da nail olmaq üçün elmi yanaşmalar olmalıdır. Kitabda statistik məlumatlardan əlavə, elmi yanaşmalar da var ki, bu da bizə prioritet istiqamətlərin həyata keçirilməsinə töhfə verəcək".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov 2020-ci ildən sonra yeni çağırışlar yarandığını, Vətən müharibəsi əldə edilən Qələbə nəticəsində torpaqlarımızın azad edilməsi, həmin ərazilərə Böyük Qayıdış təbii ehtiyatlara böyük tələbatın olacağını diqtə etdiyini deyib.

"Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar və su ehtiyatları baxımdan çox zəngindir. Təəssüf ki, 30 illik işğal dövründə həmin ehtiyatlara çox böyük ziyanlar vurulub. Həmin ərazilərdəki yataqların böyük hissəsi qanunsuz istismar olunub və daşınıb. Yataqlara dəymiş ziyanın və onların mövcud ehtiyatların yenidən qiymətləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir", - deyə nazir müavini bildirib.

Digər çıxış edənlər kitabın nəşrini yüksək qiymətləndirib, dağ-mədən sənayesinin inkişafına, bu sahədə mütəxəssislərin yetişməsinə faydalı olacağını bildiriblər.

Sonda çıxış edən kitabın müəllifi Azər Şükürov Azərbaycanda dağ-mədən sənayesinin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıraraq deyib: "Sovetlər zamanında Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu sahəyə çox ciddi diqqət yetirilmişdi. Həmin strateji sahənin inkişafına yüksək diqqətin nəticəsidir ki, respublikamızda çox sayda faydalı qazıntı yataqları aşkarlanaraq öyrənilib. Belə ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə qədər respublikamızda cəmi 65 faydalı qazıntı yatağı kəşf olunmuşdusa, Ulu Öndərin hakimiyyəti dövründə həmin yataqların sayı 550-dən yuxarı olub. Hazırda bu rəqəm 1000-dən yuxarıdır".






Baxış sayı: 240
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30