FACT-INFO.AZ » SİYASƏT » Qərbin siyasəti bölgədə davamlı sülhün deyil, idarəolunan münaqişələrin formalaşmasına xidmət edir
29-11-2023, 10:30 | SİYASƏT
Qərbin siyasəti bölgədə davamlı sülhün deyil, idarəolunan münaqişələrin formalaşmasına xidmət edir

Bu gün Qərbin, o cümlədən ABŞ-ın Cənubi Qafqazda proseslərin tənzimlənməsi, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin təmin olunması ilə bağlı ziddiyyətli mövqeyi, davranışları özünü açıq şəkildə göstərir. Bu, təbii ki, həmin güclərin, xüsusilə ABŞ-ın, Fransanın neoimperialist maraqlarından, hədəflərindən irəli gəlir. Çünki Cənubi Qafqazda baş verən proseslərə, münasibətlərin tənzimlənməsinə yanaşma Azərbaycanın və Ermənistanın maraqlarına, həmçinin demokratik dəyərlərə hesablanmayıb. Bu, ABŞ, Fransa kimi dövlətlərin bölgə ilə bağlı maraqlarına xidmət edir və addımlar da əsasən buna uyğun olaraq atılır. Biz bunun bariz nümunəsini beynəlxalq hüququn prinsipləri ayaq altına atılaraq, insan haqları, demokratik dəyərlər tapdalanaraq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyərək torpaqlarımızın işğal altında qaldığı dövrlərdə, işğal prosesinin uzadılmasına cəhdlər göstərilərkən ABŞ-ın, Avropanın, Avropa institutlarının yanaşmasında daim müşahidə edirdik. Bizi mövcud vəziyyətlə barışmağa, Ermənistanla sülh müqaviləsi imzalamağa və torpaqlarımızın işğalı ilə razılaşmağa, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına göz yummağa məcbur edirdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev səsləndirib.

Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə, Azərbaycanın öz gücü hesabına torpaqlarını işğaldan azad etməsindən sonra da Qərb bölgədə münasibətlərin beynəlxalq ədalət çərçivəsində yaranmış reallıqların şərtlərinə uyğun olaraq beynəlxalq hüququn prinsipləri əsasında tənzimlənməsi əvəzinə, yenə də Ermənistanı alətə çevirərək öz maraqlarının təmin olunması prizmasından münasibət bildirməyə, mövqe sərgiləməyə başlayıb. Bu, heç də konstruktiv yanaşma deyil. Çox təəssüf ki, biz zaman-zaman ABŞ-ın rəsmi şəxslərinin dilindən, ayrı-ayrı dövlət qurumlarının, Dövlət Departamentinin, Senatın ermənipərəst, erməni diaspor təşkilatlarının çirkin maliyyə təsiri altında olan senatorlarının dilindən dövlətlərin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilə biləcək, Azərbaycanın ərazi bütövlüyünə, dövlət suverenliyinə zərbə vuran, bölgədə revanşizmi, separatizmi alovlandıran mövqeləri, açıqlamaları eşidirik. Azərbaycana qarşı əsassız, uydurma ittihamlar səsləndirilir. Onlar Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan haqlarına kobud şəkildə müdaxilə etməyə çalışır və bununla da əslində, ABŞ dövlətinin mahiyyətini açıb ortaya qoyurlar. Çünki ABŞ imperialist bir dövlətdir. Vaşinqton bu gün də vahid qlobal güc iddiasını ortaya qoyaraq rəqibləri ilə dünyanın müxtəlif bölgələrində gərgin mübarizə aparır. Eyni zamanda, həmin mübarizədə qalib gəlmək üçün bütün metodlar onlar üçün məqbul hesab edilir. Çox təəssüf ki, ABŞ-ın gözündə həmin mübarizə meydanlarından biri də Cənubi Qafqazdır. ABŞ Ermənistana verdiyi əsassız hüquqi dəstəyi ilə regionu yenidən münaqişə bölgəsinə çevirməyə, bununla da özünün “bulanıq suda balıq tutmaq rahatdır” prinsipi ilə maraqlarını həyata keçirməyə çalışır.

Anar Əliyev diqqətə çatdırıb ki, Qərbin və ABŞ-ın yanaşması bölgədə davamlı sülhün deyil, idarəolunan münaqişələrin formalaşması, bunun vasitəsilə yerli hakimiyyətlərə, xüsusilə də müstəqil xarici siyasət yürütmək iradəsini ortaya qoyan və bu istiqamətdə çox ciddi nəticələr, fəaliyyət həyata keçirən Azərbaycanın daxili işlərinə qarışmaq, öz çirkin maraqlarını reallaşdırmaqdır. Çox təəssüf ki, ABŞ və onun kimi dövlətlər yalnız münaqişələr vasitəsilə Ermənistanı alətə çevirməklə deyil, həm də ayrı-ayrı cəmiyyətlərdə formalaşdırdıqları maraq qrupları, əlaltıları, maliyyələşdirdikləri insanların köməyi ilə Azərbaycanın, eyni zamanda, region ölkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə cəhdlər göstərirlər. Onlar xalq-hakimiyyət birliyinə zərbə vurmağa, hakimiyyətdən narazılıq mühiti formalaşdırmağa və bununla da hakimiyyətlərin iradələrinə təsir etməyə çalışırlar. Amma unudurlar ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan vahid, güclü, müstəqil xarici siyasət yürütməyə, bunun sayəsində güclü iqtisadiyyat qurmağa qadir, yüksək idarəetmə və strateji düşünmə qabiliyyətinə malik müdrik Liderin rəhbərlik etdiyi dövlətdir. Azərbaycanla bu danışıq tonu, bu ritorika ilə heç bir nəticə əldə etmək mümkün deyil. Bu təzyiq, siyasət əsasında Azərbaycanla nəyə isə nail olmaq, onu yolundan döndərmək mümkün deyil. Azərbaycan hakimiyyəti xalqın iradəsinə əsaslanaraq vahid, güclü və ardıcıl mövqe nümayiş etdirir.

“Əminəm ki, bölgədə sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan müttəfiq, dost dövlətlərlə birgə mövqeyini, iradəsini bundan sonra da davam etdirəcək. Böyük güclər ABŞ başda olmaqla, Avropa bu yanaşmanı vaxtında qəbul etməli və məhz beynəlxalq hüququn normalarına, haqq, ədalət prinsiplərinə əsaslanan davranış nümayiş etdirməlidir. Əks halda, açıq ermənipərəst mövqeyi, ədalətsiz, haqsız yanaşmaları ilə Fransa bölgədə nüfuzunu, maraqlarını, təsir imkanlarını itirdiyi kimi, ABŞ da bölgəyə ədalətsiz yanaşma nümayiş etdirən tərəf olacaqdır”, - deyə Anar Əliyev vurğulayıb.




Baxış sayı: 150
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031