FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar
29-11-2023, 07:30 | MƏDƏNİYYƏT
Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyət və Yaradıcı Sənayelər Forum”unda” Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar” mövzusu müzakirə edilib.

Fact-info.az xəbər verir ki, “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi, “Q Gallery Baku” və “Q Gallery Berlin”in təsisçisi Emin Məmmədovun moderatorluğu ilə keçirilən paneldə çıxış edən YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri, kurator Fərəh Ələkbərli məkanın xarici əlaqələri ilə bağlı məlumat verib. “İnsanların incəsənət biliklərinin inkişaf etdirilməsi üçün bir çox layihələr həyata keçiririk. Biz rəssamlara onların fikirlərini reallaşmasında dəstək oluruq, həmçinin xarici rəssamların əsərlərini Bakıda nümayiş olunması üçün köməklik göstəririk”, - deyə F.Ələkbərli vurğulayıb.

Ta(r)dino 6 İncəsənət Platformasının təsisçisi Əsli Səmədova özünün fəaliyyəti barədə söz açıb. Son beş ildə çağdaş incəsənət sahəsində çalışdığını qeyd edən platformanın təsisçisi, kuratoru olduğu azərbaycanlı rəssamların sərgilərinin xarici ölkələrdə təşkil olunduğunu diqqətə çatdırıb.

Azərbaycanlı rəssam, incəsənət xadimi Faiq Əhməd “Fly to Baku. Müasir Azərbaycan İncəsənəti” layihəsində iştirakından danışıb. Layihənin xarici əlaqələrin qurulması, fikir mübadiləsinin aparılmasında böyük rol oynadığını bildirib. Qeyd edib ki, rəssam mütləq incəsənət institutları ilə əlaqədə olmalıdır.

Rəssamın əsərlərinin ikinci bazara çıxarılması barədə söz açan F.Əhməd, bunun mühüm nailiyyət olduğunu vurğulayıb.

İncəsənət kuratoru, sənətşünas Məhbarə Abbasova bölgələrdə çalışan rəssamların xaricə çıxışının, həmçinin kolleksiyaçı sənəti üzrə tədrisin Azərbaycanda olmaması barədə danışıb. O, sadəcə Bakıda deyil, həmçinin bölgələrdə yaşayan yaradıcı insanların da sərgilərdə aktiv iştirakının vacibliyini vurğulayıb.

Sonda panel sessiyası müzakirələrlə davam edib.

Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar olacaq. Həmçinin “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi də təşkil ediləcək.

“Yaradıcı həftə” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulu




Baxış sayı: 120
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30