FACT-INFO.AZ » CƏMİYYƏT » Rənglərdə yaşayan ömür
26-11-2023, 11:49 | CƏMİYYƏT
Rənglərdə yaşayan ömür

Beynəlxalq müsabiqələr laureatı, Rəssamlar İttifaqının üzvü, ölkəmizin gənc rəssamlarıdan biri Nərgiz Quliyeva təsviri sənət sevərləri qarşısına yeni sərgisi ilə gəlir.

Bu barədə  Fact-info.az-a Muzey Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dekabrın 1-5-də Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatı dəstəyi ilə Muzey Mərkəzinin Sərgi Salonunda gerçəkləşəcək “Rənglərdə yaşayan ömür” fərdi sərgisi Nərgiz Quliyevanın Azərbaycanda keçiriləcək sayca üçüncü ekspozisiyasıdır.

Ölkə daxilindəki aktiv fəaliyyəti ilə yanaşı, Nərgiz Quliyevanın dünya ölkələrindəki çoxsaylı layihələri də hər zaman diqqət cəlb edib. Parisin Luvr, Dubay Art Fair, İstanbulda “NishArt”, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi və “Alma Gallery”, Macarıstanda Türksoy Həftəsi (Petöfinin 200-lik yubileyi), Mədəniyyət Nazirliyinin Şuşada keçirdiyi Art Camp, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyanın mötəbər salonlarda keçirilən sərgilərdə uğurlu iştirakı xüsusi diqqət çəkib.

Rəhbəri olduğu “Nargiz Art Studio”nun Macarıstan və Mərakeş səfirlikləri ilə birlikdə keçirdiyi müsabiqə-sərgilər də son dövrlərin önəmli yaradıcı hadisələri kimi yadda qalıb.

Fərdi sərgi bu ilin əsas əlamətdar tarixi kimi qeyd edilən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub. Milli Məclisin Mədəniyyət komitəsinin keçmiş sədri Qənirə Paşayevanın təşəbbüsü və ideyalarından ilhamlanaraq keçirilən sərgidə onun vətənpərvər ruhlu düşüncələrinin əks-sədası duyulmaqdadır.

Sərgidə Nərgiz Quliyevanın son illərdə Ulu Öndərin həyat və fəaliyyətdən ilhamlanaraq yaratdığı yeni əsərlərin təqdimatı ilə yanaşı, “Nargiz Art Studio”da təhsil alan yeniyetmə və gənc rəssamların 40-a yaxın əsərinin nümayişi də nəzərdə tutulub




Baxış sayı: 235
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30