FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türk dünyası memarlarının Şuşa simpoziumu başa çatıb
25-11-2023, 18:30 | MƏDƏNİYYƏT
Türk dünyası memarlarının Şuşa simpoziumu başa çatıb

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində noyabrın 24-25-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Türk dünyası memarlarının Şuşa simpoziumu” başa çatıb.

Fact-info.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan 60-a yaxın memar iştirak edib. Simpoziumun təşkilində əsas məqsəd Şuşada aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası və konservasiyasında, tarixi mühitin abadlaşdırılmasında Türk dünyası memarlarının təcrübəsinin öyrənilməsidir.

Simpoziumun ilk günündə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şuşanın tarixi və memarlığı ilə bağlı videoçarx nümayiş etdirildikdən sonra simpoziumun rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və digər rəsmilər iştirak ediblər.

Sonra Azərbaycan da daxil olmaqla, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan memarları Şuşada bərpası və konservasiyası aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələri ilə bağlı təqdimatlarla çıxış ediblər.

Daha sonra simpozium iştirakçıları şəhərdə bərpa olunan tarixi abidləri və məscidləri ziyarət ediblər. Onlara tarixi abidələrin bərpası ilə bağlı ətraflı məlumat verilib.

Simpoziumun ilk günündə “Turistlərin və sakinlərin abidələrə təsiri və bu proseslərin tənzimlənməsi” mövzusunda müzakirələr aparılıb.

Şuşa simpoziumu ikinci gün işinə “Tarixi şəhər landşaftının qorunması və regenerasiya siyasətləri” mövzusunda panel müzakirələrlə başlayıb.

Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı Müslüm İmranlının moderatorluğu ilə keçirilən panel müzakirələrdə Mustafa Yigit (Türkiyə), Aydar Yerassyl (Qazaxıstan), Aytən Abdullayeva (Azərbaycan), Zulduz Talantbekova (Qırğızıstan) və digərləri ölkələrində bələdiyyələrin mədəni irsin qorunmasında rolu, tarixi ərazilərin tədqiqi, mühafizə qanunvericiliyinin tarixi prosesi ilə bağlı çıxış edərək fikirlərini bildirib, təcrübələrini bölüşüblər.

Sonra simpoziumun işində daha çox maraq cəlb edən “Abidələrin mühafizəsi, bərpası və konservasiyası” mövzusunda müzakirələr olub.

Pərviz Poluxzadənin moderatorluq etdiyi müzakirələrdə Elçin Əliyev, Günay Ağayeva (hər ikisi Azərbaycan), Rumeysa Ragsana Hasanzadə, Mavlyuda Yusupova (hər ikisi Özbəkistan), Rahime Busra Uras (Türkiyə) və Saduakas Agitayev (Qazaxıstan) memarlıq abidələrinin bərpası, sənədləşdirilməsi, bərpa məktəblərinin işi ilə bağlı təqdimatlarla çıxış ediblər. Natiqlər memarlıq incilərinin qorunub saxlanılması istiqamətində təkliflərini səsləndiriblər.

Özbəkistan memarları Baxtiyar Babamuradov və Şahboz Mustafoev orta əsr memarlıq abidələrinin bərpa nümunələri haqqında danışıb, bu istiqamətdə perspektivləri diqqətə çatdırıblar. Azərbaycan təmsilçisi İlham Şıxsəyidov “Şuşa qalasının bərpası” mövzusunda çıxış edərək maraqlı məqamları vurğulayıblar. Macarıstandan gələn memar “Osmanlı Türk imperiyasının ən şimalda duran tikili” mövzusu ilə çıxış edib.

Daha sonra tarixi abidələrin müasir konservasiyası ilə bağlı çıxışlar olub. Nigar Ramazanova (Azərbaycan) “Qarabağ memarlığının təkamülü), Şuşa şəhərinin bərpasında böyük əməyi olan tanınmış memar Pietro Laureano (İtaliya) “Beynəlxalq təcrübəyə münasibətdə bərpa seçimləri: rekonstruksiya, ənənəvi üsullar, innovativ həllər”, Unal Mehmet, Ceylan Oğuz və Mehmet Emin Yılmaz (hər üçü Türkiyə) tarixi abidələrdə konservasiya ilə bağlı Türkiyə təcrübəsi barədə danışıb, təcrübələrini bölüşüblər.

Tədbir müzakirələrlə davam edib.

Sonda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov simpoziumda iştirak edən türkdilli ölkələrin memarlarına təşəkkürünü bildirib, bu tədbirin tarixi abidələrin bərpası və konservasiyası işinə, Türk memarlığının inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Beləliklə, Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın ev sahibliyi etdiyi daha bir beynəlxalq tədbir uğurla başa çatıb.




Baxış sayı: 85
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30