FACT-INFO.AZ » MEDİA » SPECA-nın yubileyinə həsr olunmuş Zirvə görüşünə Gürcüstan mətbuatı da geniş yer ayırıb
25-11-2023, 10:30 | MEDİA
SPECA-nın yubileyinə həsr olunmuş Zirvə görüşünə Gürcüstan mətbuatı da geniş yer ayırıb

Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü Gürcüstan mətbuatının diqqət mərkəzində olub. Fact-info.az  AZƏRTAC -a  istinadən xəbər verir ki, “realnews.ge”, “sputnik-georgia.ru”, “qafqazturk.com”, “aktual.ge”, “interpressnews.ge”, “24news.ge”, “1tv.ge”, “kavkasia.net”, “adjaratv.ge”, “newsday.ge” portalları tədbir barədə silsilə materiallar dərc ediblər.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan xəbərlərdə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşünün əhəmiyyəti xüsusi qeyd olunur.

İnformasiya portalları və televiziyalar, eyni zamanda, Azərbaycan Prezidentinin Zirvə görüşündəki çıxışı və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü barədə də informasiyalar yayıblar.

“Kavkasia.net” portalında dərc olunan materialda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: “Dünyada eyni vaxtda iki və ya daha çox stulda oturmaq, bir neçə ağaya qulluq etmək istəyən və özlərini daha böyük dövlətlər arasında qarşıdurma meydanına çevirən bir çox uğursuz asılı ölkələr var. Onlardan biri də Ermənistandır.

Belə ölkələri, sözün əsl mənasında, müstəqil adlandırmaq olmaz. Belə ölkələrin siyasəti öz xalqının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”.

“Realnews.ge” saytında yayılan xəbərdə də Prezident İlham Əliyevin çıxışından fikirlər oxuculara çatdırılıb. Materialda bildirilib: “Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir”. Eyni zamanda, bildirilib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.

Portalın digər xəbərində isə deyilir ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Dövlətimizin başçısının nitqindən gətirilən digər sitatda qeyd olunur: “İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”.

“Aktual.ge" portalında yayılan materialda isə vurğulanıb: “Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür”.

“Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

“Qafqazturk.com” dərc olunan xəbərdə dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib: “Azərbaycanda əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.

“Sputnik-georgia.ru” saytı Azərbaycan Prezidenti ilə Gürcüstan Baş nazirinin görüşü barədə material yayıb. Xəbərdə deyilir ki, görüşdə əsas diqqət iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə yönəldilib və Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu bildirilib.




Baxış sayı: 115
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30