FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq
23-11-2023, 15:30 | XƏBƏR
Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq

Biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz, demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə də biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm: bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 129-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı söyləyib.

Fact-info.az  xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin may-iyul aylarını əhatə edir. Bu kitaba Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfərinə, Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirakına, həmçinin Azərbaycana dövlət səfərinə gəlmiş Prezident Rəcəb Tayyib Ərdoğanla görüşünə, liderlərin mətbuata bəyanatlarla çıxışlarına, Bakıda Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılış mərasimində iştirakına dair materiallar daxil edilib.

Prezident İlham Əliyevin Pakistan Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə, Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşləri haqqında informasiya və mətbuata bəyanatlarının mətnləri də yeni kitabda verilib.

Bu nəşrdə Azərbaycan Prezidentinin “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etmək üçün Moldovaya işgüzar səfəri, Kişineuda keçirdiyi görüşlər, Belçika Krallığına işgüzar səfəri haqqında materiallar da yer alıb.

Çoxcildliyin 129-cu kitabında dövlətimizin başçısının Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində iştirakı haqqında materiallarla da tanış olmaq mümkündür.

Yeni nəşrdə Prezident İlham Əliyevin Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə birgə Zəngilan rayonuna səfərinə, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılış mərasimində iştirakına dair informasiyalar da verilib.

Dövlətimizin başçısının Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışının mətni də oxuculara 129-cu kitabda təqdim edilib.

Prezident İlham Əliyev, həmçinin Cəlilabad, Füzuli rayonlarına səfər edib, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığınaq kəndlərini ziyarət edib, Şuşa şəhərinə gedib, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının, 1 nömrəli tam orta məktəbin binalarında tikinti işlərinin gedişi ilə tanış olub, habelə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib və jurnalistlərin suallarını cavablandırıb. Yeni kitaba bununla bağlı materiallar daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 129-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




Baxış sayı: 150
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30