FACT-INFO.AZ » SİYASƏT » YAP Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda daim inkişaf edir - Səttar Möhbalıyev
21-11-2023, 10:30 | SİYASƏT
YAP Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda daim inkişaf edir - Səttar Möhbalıyev

Azərbaycan xalqının atdığı tarixi addımlardan biri məhz Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratması oldu. Bu elə bir dövr idi ki, xalqımız taleyinin ən ağır və kövrək günlərini yaşayırdı. Demək olar ki, sabaha olan bütün ümidlər sarsılmışdı, ölkə rəhbərliyinə heç bir inam qalmamışdı. Xalqımız min bir əziyyətlə sahib olduğu müstəqilliyinin itirilməsi, dövlətinin parçalanması təhlükəsi ilə bilavasitə üz-üzə qalmışdı. Həmin ağır dönəmlərdə yalnız öz dövlətini və xalqını düşünən, tərəqqipərvər, aydın fikirli ziyalılarımız, ölkəmizin nüfuzlu şəxsiyyətləri yegənə çıxış yolunu Heydər Əliyevdə gördülər. Məhz onların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik Ulu Öndərə tapşırıldı və bununla Azərbaycanın uğurlu gələcəyinin əsası qoyuldu. Bu siyasi təşkilatın yaradılması zərurətdən doğub və xalqımızın iradəsinin məhsuludur.

Fact-info.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Partiya qısa müddətdə cəmiyyətimizin əsas aparıcı qüvvəsinə və inkişaf etmiş siyasi təşkilata çevrildi:

"Az zaman kəsiyində sıraları durmadan genişləndi, Vətəninin bütövlüyünü, dövlət müstəqilliyinin möhkəmlənməsini, xalqının rifahını arzulayan insanlar partiyanın ətrafında cəmləşdi, onun liderinin hər bir qərarına ürəkdən dəstək verdilər. Hadisələrin sonrakı gedişi göstərdi ki, məhz xalqımızın həmin vaxt verdiyi müdrik qərar bugünkü uğurlarımızın təməlini təşkil edir. Ulu Öndər Heydər Əliyev peşəkar rəhbərliyi ilə müasir müstəqil Azərbaycan dövlətini yaratdı, ölkədə siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu. Bir sözlə, Partiya müəyyən etdiyi proqramını ləyaqətlə həyata keçirdi. Yetişən yeni nəsillər, fəal gənclər YAP-nin uğurlarını görərək, xalqımızın taleyində oynadığı rolu dərk edərək bu siyasi təşkilata dərin inamlarını ifadə edir, ölkəmizin gələcək inkişafı naminə onun sıralarına daxil olurlar".

"Prezident İlham Əliyev sədr seçildikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik əsasında Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, dövlətimiz və xalqımızın taleyində böyük uğurlara imza atdı. Bu gün müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədaləti özünün əsas prinsiplərinə çevirən YAP Vətəninə, xalqına ürəkdən bağlı olan, hüquqi dövləti, sabit və sosialyönümlü iqtisadiyyatı, vətəndaş cəmiyyəti qurmaq ideyalarını dəstəkləyən insanlarımızı öz ətrafında birləşdirərək Azərbaycanın parlaq gələcəyi naminə uğurla irəliləyir. Hazırda Azərbaycan yerləşdiyi coğrafiyanın əsas aparıcı ölkəsi hesab olunur, dünyada böyük söz sahibidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi nəhəng enerji layihələri, irəli sürdüyü qlobal xarakterli təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Bu gün dünya xəritəsində hərtərəfli inkişaf etmiş, iqtisadi qüdrəti durmadan artan, Ordusu dünyanın ən güclü orduları sırasında yer alan güclü Azərbaycan var. Bu nailiyyətlərin arxasında Prezident İlham Əliyevin səmərəli fəaliyyəti, fədakar əməyi, gərigin zəhməti, dövlətinə və xalqına sonsuz sevgisi dayanır", - Milli Məclisin deputatı deyib.




Baxış sayı: 210
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30