FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dastana dönən qəhrəmanlar!
20-11-2023, 08:30 | MƏDƏNİYYƏT
Dastana dönən qəhrəmanlar!
Tarix boyu doğma Azərbaycanımızın başı çox bəlalar çəkib. Qəhrəmanlıq tariximizə bir çox günlər yazılıb. Bunlardan biri də 27 sentyabrda baş verən ll Qarabağ müharibəsi oldu.
Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuzun sayəsində işğal olunmuş torpaqlarımızı azad etdik,3000-ə yaxın şəhid verdik. Çünki, bizim üçün vətən hər şeydir. Vətən hər şeydən öncə gəlir. Vətən bizə canımızdan da, qanımızdan da əzizdir . Bir torpağa su qatanda palçıq olur. Amma bir torpağa şəhidin al qanını qatdıqda VƏTƏN olur. Şəhidsiz qələbə olmur. Zəfərin qazanılmasında sonsuz sayda göz yaşları, qəlbi dağa dönən doğmalar, yetim qalan körpələr, başsız qalan ailələr, övladını itirən valideynlər olur. Amma onlar heç vaxt başını əymir, dik tutur. Çünki o torpaqların alınması həmin o şəhid oğulların sayəsindədir.
Onların bir gözü ağlasa da, bir gözü gülür. Ağlayır ,ona görə ki, öz doğmasını torpağa verir. Ən gözəl anlarını keçirdiyin insan gözünün önündə dəfn olunur. Bir daha nə onun səsini eşidəcək, nə də onun üzünü görəcək. Amma bir gözü ona görə gülür ki, onun doğması şəhidlik kimi uca zirvəyə ucalır. Onunla qürur duyur, fəxr edir. Lakin ağlayan tək şəhidin yaxınları deyil. Bütün bir xalq onlar üçün ağlayır. Yarım qalan arzular üçün, gənc yaşda döyünməkdən vaz keçən qəlblər üçün ağlayır. Amma eynən onlar kimi qürurlanır, fəxr edir. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. Çünki bu zəfərin memarı onlardır. Hal-hazırda atasını, balasını, qardaşını, həyat yoldaşını görmək istəyən minlərlə insan var.Təəssüflər olsun ki, görə bilmirlər, səsini eşidib, boynuna sarıla bilmirlər. Şəkillərə baxaraq, soyuq məzarın yanına gedərək yaralarına məlhəm qoymağa çalışırlar.
Hətta vaxtilə belə bir hadisə baş verib. Bir şəhidin qəbri illər sonra açıldıqda dəfn olunduğu gündəki kimi olduğu deyilirdi. Yəni o çürüməmişdi. Həqiqi həyatda da belədir. Onlar bizim yanımızdan sadəcə cismən olaraq ayrılırlar. Heç vaxt dönməmək şərtilə uzun bir yolculuğa çıxırlar. Ölmürlər, uzaqlaşırlar. Çünki şəhidlər bir ömür unudulmur,qəlblərdə daima yaşayır. Hər zaman gözəl xatirələrlə xatırlanır, qürurla anılırlar. İndi onlar bizi görür, eşidir, ancaq səsini çatdırıb cavab verə bilmirlər. Biz isə onları görüb eşidə bilmirik. Qəlbimizdə yaşadırıq. Onları unutmaq olarmı? Belə bir hal heç mümkündürmü? Poladın qisasını alan Cəbrayılı, dastana dönən Xudayarı, Sənanı, Naili unutmaq ən böyük nankorluqdur. Çünki biz rahat yaşayaq, təhsil alaq, torpaqlarımıza qovuşaq deyə onlar canından keçdi. İnsana canından əziz başqa nə ola bilər ki? Bir tək vətəndən başqa. Onun üçün canımızdan keçməyə cümlə hazırız!
Gözü yollarda qalan uşaqların, anaların, bacıların qarşısında baş əyirik. Onlar bu qədər acıya baxmayaraq alnı- açıq, üzüağ şəkildə “Vətən sağ olsun” dedilərsə, torpaqlarımızın azadlığını da onlara borcluyuq qəhrəman ailələrin qəhrəman övladlarına. Onların içi yanmadımı, canından can getmədimi? Yandı, həm də hamıdan çox onların canı yandı. Ağlasalar da, sızlasalar da geri qaytara bilmədilər. Həmişə başlarını dik tutub, bir bayraq altında cəmləşərək “Vətən sağ olsun”dedilər.
Biz ömür boyu çalışsaq da,şəhidlərimizin,qazilərimizin,əsgərlərimizin,onl arın ailələrinin haqqını ödəyə bilmərik. Can kimi şirin şeydən göz qırpmadan vaz keçən insanın haqqı necə ödənər? Biz qaziləri də unuda bilmərik. Bu zəfərin qazanılmasında onların çox amma çox böyük payları var. Eləsi oldu qolunu, ayağını itirdi. Eləsi oldu yaddaşını, görmə, eşitmə qabiliyyətini itirdi. Amma bunun üçün peşman olmadılar,qürur duydular. Uzun sözün qısası, bu 44 gündə keşməkeşli yollardan keçdik.
Şəhid, qazi xəbərləri gəldikcə üzüldük. Amma qələbə xəbərləri gəldikcə sevincimizdən yerə-göyə sığmadıq. Hər dəqiqə televiziya qarşısına keçib yeni xəbər aldıq. 44 gündə bir neçə hissi birlikdə yaşadıq. Sevinc, kədər, qəm-qüssə, həyəcan, qorxu, qürur və s. Allah bu zəfəri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Gələcəyin gəncləri olan biz, onlara layiqli övlad olacağıq. Biz bu Vətəni sevməyi canından keçən şəhidlərdən, yarımcan qalan qazilərdən, səngərdəki əsgərlərdən, yetim körpələrdən, analardan öyrəndik.
Dastana dönən qəhrəmanlar, ruhunuz daim şad olsun. Siz bu torpaqları azad edib gülüstana çevirdiniz. Biz də Vətənimizi daima qoruyacağıq və bizim üçün canından keçən sizləri heç zaman unutmayacağıq!
QƏDİRLİ AYSU 7A SİNFİ



Baxış sayı: 885
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30