FACT-INFO.AZ » XƏBƏR » AMEA-da “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib
19-11-2023, 11:30 | XƏBƏR
AMEA-da “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabının təqdimat mərasimi keçirilib.

Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin tərəfindən icra olunan "Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Tədbiri açan Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov məlumat verərək bildirib ki, kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılıb və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanıb.

 Təqdimat mərasimində AMEA-nın vitse prezidenti, akademik Arif Həşimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva,  Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov, millət vəkilləri İltizam Yusifov, Hikmət Babaoğlu,  Arzu Nağıyev, Fatma Yıldırım və tarixçi alim Cəbi Bəhramov çıxış edərək ərsəyə gələn kitabın əhəmiyyətindən və bu istiqamətdə davalı fəaliyyətlərin vacibliyindən danışdılar. Qeyd olundu ki, hazırda Qərbi Azərbaycan  irsinin araşdırılması, Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi əsas prioritetlərdəndir. Qeyd edək ki, kitabın məsləhətçi Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov, rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır.

Yekunda çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov qeyd edib ki, layihə çərçivəsində eyni zamanda “Qərbi Azərbaycanlıların tarixi yurdlarından məcburi köçürülməsi, “Qərbi Azərbaycan tarixi vətənimiz”, “Qərbi Azərbaycan kameral təsvirlərdə”, “Zəngəzurun köçürülməsi tarixi ədalətsizlik” və “Dərələyəz mahalı Çivə kəndinin deportasiyası” mövzularında 5 televiziya verilişi hazırlanıb.

Tədbirdə “Kainat- milli- mənəvi dəyərlərin  təbliğinə dəstək” ictimai birliyinin sədri, İrəvan şəhər icmasının rəhbəri professor Fəridə Səfiyevə, Vaqif Səmədoğlu Mərkəzinin sədri, fəlsəfə doktoru Nüşabə Vəkilova, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş,  Qərbi Azərbaycan icmasının nümayəndələri, Dərələyəz İcmasından  Faiq Xudiyev, Məhəmməd Rəsuloğlu, Möhübbət Səmədoğlu, İman Məmmədov,  ictimai – siyasi xadimlər  və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.




Baxış sayı: 245
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30