FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış sayt fəaliyyətə başlayıb
19-11-2023, 08:30 | MƏDƏNİYYƏT
“Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış sayt fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış western-azerbaijan.az saytı fəaliyyətə başlayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqından  Fact-info.az-a bildirilib ki, saytda Qərbi Azərbaycanın tarixinə, tarixi mahallarına, soydaşlarımızın bu torpaqlarda yaratdığı maddi və mədəni irsə, ərazinin etnodemoqrafik vəziyyətinə, eləcə də “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində çəkilmiş “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminə həsr olunmuş bölmələr yaradılıb. Saytın mənbələr bölməsində Qərbi Azərbaycanın tarixinə həsr olunmuş elmi ədəbiyyatın, müxtəlif dövrləri əks etdirən xəritələrin və sənədlərin rəqəmsal surətləri yerləşdirilib.

Azərbaycan, ingilis və erməni dillərində yayımlanan məqalələrdə Qərbi Azərbaycan ərazilərinin inzibati və mədəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla bütün mahallarda əcdadlarımız tərəfindən yaradılmış maddi mədəniyyət abidələri (qalalar, məscidlər, saraylar və s.), incəsənət nümunələri (xalçalar, tətbiqi sənət nümunələri), mədəni mühit (ədəbiyyat, teatr, təhsil, mətbuat) haqqında beynəlxalq ictimaiyyətə, eləcə də xalqımıza, xüsusən də gənc nəsilə tarixi mənbələr, rəsmi sənədlər, xəritələr, nadir fotolar vasitəsilə dolğun informasiya çatdırılır.

Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və 3 dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində genişləndirilməsi və daha da zənginləşdirilməsi nəzərdə tutulur.

Saytda təqdim olunan materiallar, eyni zamanda, Qərbi Azərbaycanın tarixi, maddi və mədəni irsi ilə maraqlanan yerli və xarici alimlər, tədqiqatçılar, tələbələr və yuxarı sinif şagirdləri, dünya azərbaycanşünasları üçün istiqamətverici mənbə rolunu oynayacaq.

 




Baxış sayı: 85
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30