FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Bakıda Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı virtual muzeyin təqdimatı olub
19-11-2023, 10:30 | MƏDƏNİYYƏT
Bakıda Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı virtual muzeyin təqdimatı olub

Noyabrın 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Qərbi azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilib.

Fact-info.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev həyata keçirilən layihə, o cümlədən hazırlanan sayt və sənədli film haqqında geniş məlumat verib.

Sonra layihə çərçivəsində hazırlanan “Deportasiya – Şahidlərin gözü ilə” adlı sənədli film nümayiş etdirilib.

Daha sonra virtual muzeyin “deport.az” saytının təqdimatı olub.

Bildirilib ki, layihə çərçivəsində ilkin mərhələdə deportasiyalar zamanı zərər çəkmiş və onlara canlı şahidlik etmiş 80 nəfər müsahibədə, 25 nəfər anket sorğusunda olmaqla, həmin dövrə aid foto, məzun albomları və sənədlərini təqdim edənlərlə birlikdə ümumilikdə 150-yə yaxın Qərbi azərbaycanlı virtual muzeyin formalaşmasında iştirak edib. Hazırda muzeydə 300-dən çox foto və 200-ə yaxın sənəd toplanıb. Layihənin əsas məqsədi deportasiya siyasəti nəticəsində Qərbi azərbaycanlıların məruz qaldıqları soyqırımı və cinayətləri virtual muzey vasitəsilə beynəlxalq müstəvidə tanıtmaq, onların təsirli həyat hekayələrini yayımlayaraq yaşadıqları acıları göstərməkdir. Həmçinin bu cinayətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi həmin insanların hüquqlarının bərpasına dair əsasları gücləndirəcək. Növbəti hədəf isə daha çox iştirakçının müsahibələrə cəlb olunması, toplanan materialların sayının artırılması və digər virtual muzeylərlə qarşılıqlı əlaqələrin qurulmasıdır.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, qalib ölkənin qalib vətəndaşları kimi qarşımızda yeni hədəflər var. Bu hədəflərə çatmaq üçün mühüm işlər görülür, məhsuldar layihələr icra olunur. Belə layihələrin ərsəyə gəlməsi çox vacib və əhəmiyyətlidir. Bu gün təqdimatı keçirilən layihə tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir, son yüzillik tarixdə milli qürurumuzun qayıdışını qeyd edirik və elə bu layihənin təqdimat mərasimi də Zəfər günləri ərəfəsinə təsadüf edir.

Sonra Milli Məclisin deputatı Musa Quliyev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini ifadə edib. Diqqətə çatdırıb ki, bu layihə tariximiz, millətimiz, Vətənimiz qarşısında ümumi işimiz, ümumi mübarizəmizdir.

Daha sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov layihənin önəmindən danışaraq, belə tədbirlərin davamlı olmasının və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasının vacibliyini xüsusi vurğulayıb. Qeyd edilib ki, qarşıda duran əsas məsələlərdən biri bu təbliğatı gücləndirmək, bu mövzuda kitabların, yeni nəşrlərin ərsəyə gəlməsini təmin etməkdir.

Təqdimatda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev tarixi faktlara əsaslanan məlumatları mərasim iştirakçıları ilə bölüşüb.

Tədbir müzakirələrlə davam edib.




Baxış sayı: 150
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30