FACT-INFO.AZ » SİYASƏT » ABŞ Senatının qərarı Azərbaycanın potensialına təsir göstərə bilməz
17-11-2023, 15:30 | SİYASƏT
ABŞ Senatının qərarı Azərbaycanın potensialına təsir göstərə bilməz

ABŞ-ın Azərbaycana qarşı sonuncu mənfi addımları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması ölkənin rəsmi mövqeyini aydın şəkildə ifadə edir.

Fact-info.az xəbər verir ki, bu fikir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin məsələ ilə bağlı şərhində yer alıb.

Onun sözlərinə görə, ABŞ hökumətinin Azərbaycana yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktına 907-ci düzəlişdən imtinanı qadağan etməyə dair ABŞ Senatının qərarı ikitərəfli əlaqələrə mənfi təsir etsə də, müdafiə sahəsi də daxil olmaqla, Azərbaycanın digər sahələrdəki potensialına çətin ki, təsir göstərsin.

Fərid Şəfiyev xatırladıb ki, 907-ci düzəliş 1992-ci il oktyabrın 24-də qəbul olunub. Məhz həmin il Azərbaycanın Şuşa şəhəri işğal edilib, erməni silahlı dəstələri dəhşətli Xocalı soyqırımını törədib. Azərbaycanda həmin vaxt başqa hökumət mövcud idi. Bütün bunlar göstər ki, ABŞ-ın bu yanaşması indiki və ya keçmişdə mövcud olmuş hökumətlə əlaqədar deyil, Ermənistanın işğalına məruz qalmış Azərbaycanla bir ölkə olaraq bağlıdır.

2001-ci ilin oktyabrında Buş administrasiyasının Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın köməyinə ehtiyac duyduğuna görə 907-ci düzəlişdən imtina barədə qərar qəbul etməsi amerikalı qanunvericilərin bu aktının iflasa uğradığını göstərdi. Azərbaycana ehtiyac duyduğu zaman ABŞ hökuməti imtinanın yenidən işə salınması təşəbbüsü ilə çıxış edəcək. Bu cür yanaşma ABŞ-ın daxil olduğu digər ikitərəfli münasibətlərdə də mövcuddur.

“ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayen Azərbaycana qarşı digər tənqidi açıqlamaları ilə yanaşı, ABŞ-ın Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin İran deyil, Ermənistan vasitəsilə qurulmasında maraqlı olduğunu deyib. Qeyd etmək yerinə düşər ki, bu il oktyabrın 23-də Ermənistan və İran arasında yolun tikintisinə dair müqavilə imzalanıb. Necə olur ki, ABŞ rəsmiləri buna normal yanaşır, lakin Azərbaycanla İran arasında rabitənin qurulmasına qarşı çıxırlar?

Bütün bunlara baxmayaraq, Azərbaycan-ABŞ əlaqələri çox vacibdir. Lakin təəssüf ki, hazırkı ABŞ administrasiyasında Azərbaycana qarşı siyasət hökm sürür. Keçmiş təcrübə göstərir ki, bu müvəqqəti xarakter daşıyır və adətən növbəti gələcək administrasiya fərqli siyasət irəli sürür. Ona görə də hər iki ölkədə mövcud əməkdaşlıq və dostluq əlaqələrini düzgün dəyərləndirən siyasətçi və mütəxəssislərin fəaliyyətlərini davam etdirməsi vacibdir”, - deyə Fərid Şəfiyev vurğulayıb.




Baxış sayı: 120
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30