Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” kitabının təqdim edilib.
Fact-info.az xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova kitab haqqında ümumi məlumat verib, muzeyin tarixi və bugünkü fəaliyyəti barədə danışıb. Bildirib ki, bu kitab Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə dərc olunub. Nəşrdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, Rusiya Etnoqrafiya Muzeyinin (Sankt-Peterburq ş.) və alim-etnoqraf Həsən Quliyevin arxivlərindən şəkillər istifadə olunub.
“Bu, çox nadir bir kitabdır. Bundan əvvəl bu sahə üzrə dərin elmi araşdırmalar aparılmamışdır. Biz çalışdıq ki, bu kitabda xalça məmulatları haqqında geniş və hərtərəfli məlumat verək”, - deyə Ş.Məlikova qeyd edib.
Sonra müəlliflər - Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova muzeyin yeni nəşri, onun ərsəyə gəlməsi, apardıqları araşdırmalar, kolleksiyanın mahiyyəti və digər məqamlar barədə ətraflı məlumat veriblər.
Baxış sayı: 270
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
