FACT-INFO.AZ » MEDİA » “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabının təqdimatı olub
15-11-2023, 19:00 | MEDİA
“Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabının təqdimatı olub

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində BDU-nun kafedra müdirləri, dosentlər Aynur Nəsirova və Xatirə Hüseynovanın “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabının təqdimatı olub.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “KİV-də və sosial şəbəkələrdə “saxta xəbər”lərin qarşısının alınması istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində nəşr edilib.

Fact-info.az  525.az-a istinadən xəbər verir ki, tədbirdə kitabın ön sözünün müəllifi, BDU-nun professoru Qulu Məhərrəmli mövzunun aktuallığını qeyd edib. Professor bildirib ki, müəlliflərin ağır sosial bəla kimi az qala bütün dünyanı bürümüş saxta xəbərlər mövzusunu tədqiqata cəlb etmələri təsadüfi deyil. Bu, bir sosial sifariş, günümüzün informasiya reallıqlarından doğan tələbatdır. Ona görə də hər kəsin bu mövzuda biliklərinin olması çox əhəmiyyətlidir.

Qeyd olunub ki, bu gün saxta xəbərlər əsasən sosial şəbəkələr üzərindən yayılır. Feysbuk, tik-tok, yutub və s. kimi sosial media şəbəkələri öz fikrini bildirmək istəyən hər kəs üçün açıq platformaya çevrilib. Amma bir çox səbəblərdən bəzi ölkələrdə həmin platformalar dezinformasiya, yalan və nifrət yayan siyasi təbliğat kanalına çevrildi. Nəticədə bu platformalar nəinki dünyanı birləşdirdi, həmçinin istifadəçilərin şəxsi məlumatlarına müdaxilə etdi, yalan informasiyalar geniş yayılmağa başladı və insanların bir-birinə münasibətində ciddi problemlər yarandı.

“Müəlliflər “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabında həmin proseslərin səbəbləri barədə məlumat verməklə yanaşı, ümumi mənzərəni də göstərir, ciddi ümumiləşdirmələr aparır və mövcud tendensiyaları dərindən təhlil edirlər. Bu səbəbdən də təqdim olunan kitab mövzunun ən müxtəlif çalarlarını əhatə etmək baxımından ciddi elmi mahiyyət daşıyır. Əsərin diqqəti cəlb edən ən qiymətli cəhətlərindən biri də budur ki, o, dünyada informasiya sahəsində gedən prosesləri özündə tam ehtiva edir”- deyə professor bildirib.

Q.Məhərrəmli qeyd edib ki, kitabın “Jurnalistikada xəbər standartları. Xəbərin çatdırılması yolları”, “Sosial mediada feyk xəbərlərin yaydığı təhlükə”, “Mediamanipulyasiya: mahiyyəti və təsirindən qorunma yolları” və s. kimi bölmələri diqqətlə işlənib. Bu, onu göstərir ki, müəlliflər problemin təkcə nəzəri tərəfinə deyil, praktik cəhətinə də diqqət yetirib və saxta məlumatların aşkar edilməsi ilə bağlı qiymətli tövsiyələr veriblər: “Epizodik olaraq sadaladığımız problemlər müasir dünyada saxta və yalan xəbərlərə qarşı mübarizəni labüd edir. Bu mübarizənin ən yaxşı yolu isə elmi biliklərə yiyələnməkdir. Müəlliflərin uğurlu işi kimi bu kitab xüsusi qiymətə layiqdir”.

Professorlar Cahangir Məmmədli, Nəsiman Yaqublu, Sabir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, dekan müavini Samir Mirzəyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “ARB-24” telekanalının icraçı direktoru Radik İsmayılov, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli və başqaları kitabla bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətindən danışıb, tələbə və mütəxəssislər üçün dəyərli mənbə olduğunu söyləyiblər.

Kitabın müəllifləri, dosentlər Aynur Nəsirova və Xatirə Hüseynova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.




Baxış sayı: 110
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031