FACT-INFO.AZ » XƏBƏR » Qazaxıstanlı yazıçının I Qarabağ müharibəsi şəhidinə həsr etdiyi kitabın təqdimatı olub
15-11-2023, 16:33 | XƏBƏR
Qazaxıstanlı yazıçının I Qarabağ müharibəsi şəhidinə həsr etdiyi kitabın təqdimatı olub

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) qazaxıstanlı yazıçı, ictimai xadim və araşdırmaçı Nəsihə Gumarqızının I Qarabağ müharibəsində Azərbaycana gələrək işğalçı Ermənistana qarşı savaşa qatılıb şəhid olmuş Yerbol Barımbetov haqqında yazdığı “Yerbol - Qarabağ şəhidi” kitabının təqdimatı keçirilib.

Bu barədə  Fact-info.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, təqdimat mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru professor Məmməd Əliyev müxtəlif dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanın əsrlərdən bəri qardaşlıq diyarı kimi tanındığını, ölkədə multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrildiyini vurğulayıb.

“İstər Birinci Qarabağ müharibəsində, istərsə də Aprel, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində milli mənsubiyyətindən asılı olmayaraq hər kəs çiyin-çiyinə vuruşdu. Cəsarətli, qorxmaz gənc qazax oğlu haqqında yazılan bu kitab çox dəyərlidir və bir azərbaycanlı olaraq igid Yerbolla qürur duyuram. O, bizim qəhrəmanımız, Türk dünyamızın oğludur. O, bizim qəlbimizdə əbədi xatırlanacaq və bu kitab MEK-in fondunda öz layiqli yerini tutacaq”,- deyə baş direktor qeyd edib.

Kitabın müəllifi Nəsihə Gumarqızı çıxış edərək Azərbaycanın igid əsgər və zabitlərinin haqq-ədalət savaşında nümayiş etdirdiyi şücaətlərin onun qəlbində sonsuz qürur hissləri doğurduğunu, Azərbaycanın Qarabağdakı zəfəri, Şuşanın fəthi barədə hər yerdə, ən müxtəlif auditoriyalarda böyük həvəslə söz açdığını, Qazaxıstan mətbuatında bu barədə tez-tez məlumatlar yazdığını vurğulayıb. “Bəli, Azərbaycan əsgəri yenilməz və qüdrətlidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Azərbaycanın Qarabağdakı Zəfəri bütün Türk dünyasının tarixi qələbəsidir”,- deyə müəllif qeyd edib.

“Yerbol - Qarabağ şəhidi” kitabı haqqında məlumat verən müəllif bildirib ki, bu kitab-albom gənc ömrünü könüllü olaraq qardaş Azərbaycan xalqına, işğal altında olan torpaqların erməni quldur dəstələrindən azad edilməsinə həsr edən Yerbol Barımbetovdan bəhs edir. 19 yaşlı qazaxıstanlı dəfələrlə ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, Kəlbəcər, Tərtər, Murovdağ istiqamətində düşməni izləyib, 8 dəfə düşmən xətlərinin arxasında olub, mühasirəyə alınıb. Tərtər rayonunun müdafiəsində xüsusi rol oynayıb. Növbəti döyüş tapşırığını yerinə yetirərkən həlak olan Yerbol, onun döyüş yoldaşları, o cümlədən komandir, Milli Qəhrəman, polkovnik Eldar Ağayev Bakıda İkinci Fəxri xiyabanda dəfn olunublar.

Yerbolun xatirəsini əsas tutduğuna görə Azərbaycan xalqına, onun əsgər yoldaşlarına minnətdarlığını bildirən Nəsihə Gumarqızı bu kitabı Birinci Qarabağ müharibəsinin bütün şəhidlərinə, iştirakçılarına, bu müharibədə oğullarını itirmiş analara ithaf etdiyini vurğulayıb.

Tədbir iştirakçıları kitab haqqında təəssüratlarını bölüşüblər.

Təqdimat mərasimində Azərbaycanın tanınmış ictimai xadimləri, Qazaxıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yazıçılar, şəhid ailələrinin üzvləri, şəhid Yerbolun döyüş yoldaşları və qardaşı Nurbolu Turexanulı iştirak ediblər.




Baxış sayı: 145
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30