9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Fact-info.az xəbər verir ki, tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq 2022-ci ilin “Şuşa İli” olduğunu, 2023-cü ilin isə Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini vurğulayıb. Natiq bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının hazırlandığını bildirib.
Təqdimat zamanı elektron məlumat bazasının “Rəsmi sənədlər”, “Prezident İlham Əliyev: “Əziz Şuşa sən azadsan!”, “Qarabağın tacı Şuşanın əsas tarixi hadisələrinin xronologiyası”, “Tarixi abidələr”, “İnzibati quruluşu”, “Görkəmli şəxsiyyətləri”, “Görkəmli şəxsiyyətlər Qarabağın mirvarisi - Şuşa haqqında”, “Şuşada erməni vandalizmi”, “Nəşrlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarət olduğu bildirilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/D.QARABAQ/ linkindən istifadə edə bilər.
Baxış sayı: 130
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
