FACT-INFO.AZ » XƏBƏR » İrina Vereşuk: Azərbaycan və Ukrayna strateji əməkdaşlığın daha səmərəli mərhələsinə doğru gedir
15-11-2023, 09:30 | XƏBƏR
İrina Vereşuk: Azərbaycan və Ukrayna strateji əməkdaşlığın daha səmərəli mərhələsinə doğru gedir

Ukrayna ilə Azərbaycan arasında həmişə konstruktiv dialoq və güclü əməkdaşlıq olub. Bu gün ölkəmizə qarşı silahlı təcavüz şəraitində bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Fact-info.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevlə görüşündə Ukrayna Baş nazirin müavini İrina Vereşuk söyləyib.

Onun sözlərinə görə, indi iki ölkə strateji tərəfdaşlığın daha səmərəli mərhələsinə doğru gedir.

Görüşdə tərəflər ölkələrimiz arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Səfir Seymur Mərdəliyev bildirib ki, Ukraynaya humanitar yardım məsələsi diqqət mərkəzindədir. Azərbaycan müharibədən zərər çəkmiş uşaqlara tibbi və psixoloji reabilitasiya yardımını davam etdirəcək və Ukraynanın bərpası üçün layihələr həyata keçirəcək. Hazırda Azərbaycan İrpen və Buçada infrastruktur obyektlərinin bərpası üçün beş layihə həyata keçirir.

Digər məsələlərlə yanaşı, Bakı Ukraynada enerji sektorunun bərpasına qoşulub. Azərbaycan Prezidenti artıq 7,6 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb ki, bu da Ukraynanın ehtiyacları üçün generatorların və yüksək gərginlikli kabellərin alınmasına sərf olunacaq.

Bundan başqa ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq inkişaf etdirilir.

Görüş zamanı ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Ukraynanın və Azərbaycanın işgüzar dairələrinin onlayn görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub.





Baxış sayı: 105
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30