FACT-INFO.AZ » CƏMİYYƏT » Levan Çixeidze: Fransa dünyadakı mövcud geosiyasi vəziyyətdən sui-istifadə edərək Qafqazda yeni gərginlik yaratmaq istəyir
14-11-2023, 15:00 | CƏMİYYƏT
Levan Çixeidze: Fransa dünyadakı mövcud geosiyasi vəziyyətdən sui-istifadə edərək Qafqazda yeni gərginlik yaratmaq istəyir

Fransa dünyada mövcud olan geosiyasi vəziyyətdən istifadə edərək Qafqazda yeni gərginlik ocağı yaratmaq istəyir. Amma hamı başa düşməlidir ki, regionda güc Azərbaycanın tərəfindədir və Fransanın Ermənistana silah göndərməsi ilə qarşısına alacağı ölkə təkcə Azərbaycan deyil.

Fact-info.az-ın məlumatına görə,  bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri, politoloq Levan Çixeidze söyləyib.

O qeyd edib ki, Fransa bu addımı ilə Rusiyaya, İrana və Türkiyəyə də mesaj göndərmək istəyir. Bu səbəbdən də atılan addımı təkcə Azərbaycan-Ermənistan müstəvisindən yox, dünyada baş verən geosiyasi proseslər fonunda digər ölkələrə olan münasibətlər aspektindən nəzərdən keçirmək lazımdır.

Ekspert bildirib: “Fransa elə dövlət deyil ki, kimə gəldi silah satsın. Burada təkcə iqtisadi yox, həm də siyasi layihələrdən söhbət gedir. İlk növbədə, bizi bu məsələ maraqlandırmalıdır. Qarabağ münaqişəsinin bitdiyi, Gürcüstanın isə sülh müqaviləsinin imzalanacağı yer olacağının açıqlandığı bir vaxtda Fransa niyə bizim regionda yerləşən ölkəyə silah satır? Təbii ki, bunun bir cavabı var, o da regionda sabitliyi pozmaq və yeni münaqişə ocaqları yaratmaq niyyətidir”.

Fransa buna nail ola bilməyəcəyinə, Azərbaycanın və Gürcüstan dünyaya sülh nümunəsi kimi çıxış etdiklərini vurğulayan politoloq qeyd edib: “İnanmıram ki, təməli prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulan dostluq və qardaşlıq əlaqələrini kimsə poza bilər. Çünki nəinki bizim ölkələrin, hətta bütün Qafqazın sabitliyi bu əlaqələrə əsaslanır. Qafqaz hazırda Şərqlə Qərbi birləşdirən əsas dəhlizlərdən sayılır. Buna görə də bir çox ölkələr burada güc sahibi olmaq üçün əllərindən gələni edir. Çünki münaqişələrin hökm sürdüyü zonaları idarə etmək daha rahat olur. Qərb Ermənistanı alət olaraq istifadə etmək istəyir. Əgər Ermənistan inkişaf etmək istəyirsə, tezliklə Azərbaycanla sülh müqaviləsini imzalamalı, heç bir təxribata əl atmamalıdır”.




Baxış sayı: 165
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30