"30 illik işğal dövründə işğal altında olan kitabxanalarımız, kitab fondumuz ermənilər tərəfindən ciddi zədələrə məruz qalıb".
Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında mədəniyyət naziri Adil Kərimli deyib.
"Ümumilikdə 927 kitabxana, 5000-ə yaxın kitab fondumuz işğal altında olan zaman Qarabağda tamamilə məhv edilib", - nazir deyib.
Adil Kərimli Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın dəstəyinə ehtiyac olduğunu əlavə edib.
Nazir deyib ki, kitab sənayesinin dəstəklənməsi üçün Azərbaycan dövləti çoxşaxəli fəaliyyət həyata keçirməkdədir.
"Bu istiqamətdə naşirlərlə görüşlərin keçirilməsi, kağızın idxalının, istehsalının ƏDV-dən azad olunması buna bir nümunədir", - nazir əlavə edib.
Adil Kərimli Azərbaycanın bu cür beynəlxalq sərgilərin təşkilatçısı kimi nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb:
"Bütün bunlar gənc nəslin formalaşmasında, kitaba sevgisinin yaranmasında ciddi təkanverici vasitələrdir".
Baxış sayı: 155
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
