FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Üçtərəfli Bəyanat rəsmi İrəvanın işğalçı siyasətinə son qoydu
11-11-2023, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
Üçtərəfli Bəyanat rəsmi İrəvanın işğalçı siyasətinə son qoydu

Bu gün 2020-ci il noyabrın 10-da imzalanmış və Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini rəsmiləşdirən Üçtərəfli Bəyanatın imzalanmasının 3-cü ildönümüdür. 

Vətən müharibəsində Qələbənin qazanılmasında bütün xalqımız yumruq kimi birləşərək həmrəylik göstərdi və bütün dünya Azərbaycan xalqının birliyinin şahidi oldu. 44 günlük Vətən müharibəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanat bölgədə uzun illər dəyişməz qalan status-kvonu tamamilə dəyişdi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur edildi. Bundan sonra isə Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən Azərbaycana qaytarıldı. Bununla da döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılması ilə tamamlandı. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. 

2023-cü il aprelin 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə isə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Nəhayət, 2023-cü ilin sentyabr ayında keçirilmiş və 24 saatdan da az sürmüş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi.

Artıq münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması prosesi başlayıb və mərhələlərlə həyata keçirilir.    

Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsindəki qələbəmizin qazanılmasında Türkiyənin siyasi və mənəvi dəstəyi xüsusi əhəmiyyət kəsb edirdi.  Türkiyənin açıq dəstəyi bir çox ölkələrin bu münaqişəyə müdaxilə cəhdlərinin qarşısını aldı. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. 2021-ci il 15 iyun tarixində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması isə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Çünki bu Bəyannamədə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinə təminat verir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi isə daha bir tarixi hadisə olacaqdır.

Bundan başqa, bu gün regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Belə ki, ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsinin yaradılması bu sahədə mühüm addım olacaqdır.
 
Jalə Əhmədova

Milli Məclisin deputatı




Baxış sayı: 160
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30