Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a bildiriblər ki, anım mərasimində əvvəlcə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Anım mərasimində çıxış edənlər Mustafa Kamal Atatürkün şərəfli və mənalı ömür yolundan danışaraq qeyd ediblər ki, dahi şəxsiyyətin apardığı islahatlar nəticəsində qardaş ölkə tarixin sınaqlarından uğurla çıxaraq sürətlə inkişaf etmiş, güclü bir dövlətə çevrilmişdir.
Vurğulanıb ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin əsas prinsipidir və hər iki dövlətin bir-birinə olan qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Baxış sayı: 75
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
