FACT-INFO.AZ » AKTUAL » Elçin Əmirbəyov: Sülh sazişi yalnız Ermənistanın ciddi öhdəliyi ilə mümkündür
9-11-2023, 11:30 | AKTUAL
Elçin Əmirbəyov: Sülh sazişi yalnız Ermənistanın ciddi öhdəliyi ilə mümkündür

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ancaq İrəvan hökumətinin sülh prosesində öz iştirakını imitasiya etməyi dayandıracağı, Azərbaycanın bir il əvvəl təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan layihə üzərində konstruktiv şəkildə məşğul olacağı halda mümkün olacaq.

Fact-info.az  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “Adnkronos” nəşrinə müsahibəsində deyib.

Elçin Əmirbəyov sülh sazişinin müsbət nəticəsinin ikili yanaşma ilə çıxış edən Ermənistan hakimiyyətinin səmimiyyət səviyyəsindən asılı olacağını bildirib. Çünki Ermənistan tərəfi bir tərəfdən sülh sazişini yekunlaşdırmaq istəyindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb.

“Son günlərdə İtaliyada səfərdə olan Ermənistan hakimiyyətinin nümayəndələri BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa İttifaqı kimi müxtəlif beynəlxalq platformalardan sui-istifadə edir və məsələni siyasiləşdirir. İrəvan bununla bütün maraqlı tərəflərin diqqətini nəinki əsas yoldan yayındırır, həm də prosesi çıxılmaz vəziyyətə salır. Sülh sazişinin əldə olunması üçün Ermənistan əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməli və verdiyi vədlərə əməl etməlidir. Ermənistan paralel yollarda öz dar siyasi məqsədlərini həyata keçirməyə çalışmaqdan əl çəkməli və ən yüksək səviyyədə sülh sazişi layihəsi ilə bağlı yenidən danışıqlara başlamalıdır”, - deyə Azərbaycan rəsmisi vurğulayıb.

Elçin Əmirbəyov Ermənistanın Qarabağda etnik təmizləmə və soyqırımı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü ittihamların tamamilə əsassız olduğunu bildirib: “Məhz Ermənistan 30 il ərzində bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının məskunlaşdığı Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib. Bir gecədə 613 azərbaycanlı, o cümlədən qadınlar, qocalar və uşaqlar qətlə yetirilib və soyqırımı törədilib”.

O, Azərbaycanın ölkəmizin bütün vətəndaşlarına, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin hüquqlarına hörmət etdiyini vurğulayıb. Ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi yenidənqurma və bərpa işlərinin məqsədinin Ermənistanın təxminən otuz illik işğalı zamanı törətdiyi dağıntıların nəticələrini aradan qaldırmaq olduğu bildirilib: “Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə infrastrukturun yenidən qurulmasına 7 milyard dollardan çox vəsait xərcləyib. Lakin biz hələ də piyada və tank əleyhinə minalar, digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş bu ərazilərdə böyük problemlə üzləşirik. Ermənistan işğal dövründə bu ərazilərə 1,5 milyona yaxın piyada əleyhinə mina yerləşdirib. Azərbaycan tərəfində mina qurbanların sayı durmadan artır. Atəşkəsin əldə olunmasındam bu günə kimi Azərbaycan mina terroru nəticəsində 337 itki verib”.

Azərbaycan-İtaliya münasibətlərindən bəhs edən Elçin Əmirbəyov hazırda yüksək səviyyədə olan iki ölkə əlaqələrinin əla siyasi dialoqa, çox fəal və canlı iqtisadi əməkdaşlığa əsaslandığını bildirib: “Əməkdaşlığımız təkcə təbii qaz tədarükü ilə məhdudlaşmır. Lakin bu, tərəfdaşlığımızın mühüm hissəsini təşkil edir. Biz İtaliya ilə iqtisadi və ticarət əməkdaşlığımızı genişləndirmək və şaxələndirmək imkanlarını araşdırırıq. Azərbaycan İtaliyanı Avropa İttifaqında özünün əsas tərəfdaşlarından biri hesab edir. Əməkdaşlığın digər sahələrindən biri də təhsildir ki, biz Bakıda İtaliya-Azərbaycan Universiteti layihəsini reallaşdırırıq. Həmçinin kənd təsərrüfatı, müdafiə və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdıra bilərik. Mövcud əməkdaşlığın inkişafı üçün potensial böyükdür. Çünki hər iki tərəfdə xoş niyyət və əlverişli mühit var".

O, həmçinin Azərbaycanın Yaxın Şərqdə atəşkəsin mümkün qədər tez əldə olunmasını istədiyini qeyd edib.




Baxış sayı: 170
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30