8 Noyabr - Zəfər Günü ilə əlaqədar Laçın şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.
Fact-info.az APA-ya istinadən xəbər verir ki, saat 10:00-dan başlayaraq, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı abadlıq xidməti" MMC-nin birgə təşkilatçılığı keçirilən bayram tədbirində ilk olaraq Dövlət Himni səsləndirilib. Daha sonra yürüş olub.
“Bayraq meydanı”ndan start götürən yürüşdə hərbçilər, Laçın sakinləri hərbi orkestrin müşayiəti ilə Laçın şəhərinin “Seyrəngah” adlı ərazisinə qədər yürüş ediblər.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bu gün həmçinin Bakıda, Gəncədə, Bərdə, Füzuli şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunur.
Baxış sayı: 120
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
