Türk dünyası ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda, Türk dünyası əleyhinə dezinformasiya ilə mübarizə aparmaq istiqamətində bu gün mühüm addım atıldı. Türk Xəbər Agentlikləri Alyansının (ATNA) olduqca əhəmiyyətli işlərə imza atacağına inanıram.
Fact-info.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda Azərbaycan mediasına müsahibəsində deyib.
Fahrettin Altun Alyansın Türk Dövlətləri Təşkilatına üzv beş ölkənin xəbər agentliklərinin birgə fəaliyyəti sayəsində media sahəsində əməkdaşlıqların inkişafına təkan verəcəyinə əminliyini bildirib: “Bu gün informasiya mübarizəsinin geniş aparıldığı bir dünyada yaşayırıq. Təəssüf ki, bu informasiya mübarizəsi dezinformasiyaya da səbəb olur. Bizim əsas vəzifəmiz doğru xəbəri dünyaya yaymaqla yanaşı, həm də bizi hədəf alan dezinformasiyaya qarşı mübarizə aparmaqdır”.
Baxış sayı: 90
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
