FACT-INFO.AZ » XƏBƏR » Zəfərin üçüncü ildönümü: Azərbaycanın güclü Ordusu və müdrik diplomatiyası
7-11-2023, 07:08 | XƏBƏR
Zəfərin üçüncü ildönümü: Azərbaycanın güclü Ordusu və müdrik diplomatiyası

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən müharibəsindəki böyük Zəfərin üçüncü ildönümünü qeyd edəcək. Bu il bu tarix həm də onunla əlamətdar oldu ki, indi Azərbaycan Bayrağı bütünlüklə Qarabağ üzərində və ölkə sərhədləri boyunca dalğalanır. Bu isə xalqın cəsarəti və güclü ordu yaratmağı, müdrik diplomatiya qurmağı bacaran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün oldu. Azərbaycan liderinin adı sözünün adamı kimi tarixə əbədi olaraq qızıl hərflərlə yazıldı.

Fact-info.az-ın məlumatına görə,  bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, Azərbaycanın Rus İcması sədrinin birinci müavini, telejurnalist Anastasiya Lavrina deyib.

Onun sözlərinə görə, 2023-cü il Azərbaycan xalqı üçün xüsusilə əlamətdar ildir. Bu il müstəqil Azərbaycanın inkişafının əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu ilin sentyabr ayında, çoxsaylı uğursuz danışıqlardan sonra, nəhayət ki Azərbaycan Qarabağda antiterror tədbirləri zamanı öz suverenliyini tam bərpa etdi. Cəmi bir gün ərzində ordu qarşıya qoyulan məqsədə nail oldu. Azərbaycan torpağında qanunsuz erməni silahlı birləşmələri silahı yerə qoydular. Qarabağda qanunsuz rejimin ləğvi isə regionda dayanıqlı sülhə gedən yolda əsas maneəni aradan qaldırdı.

"Bu əlamətdar hadisələr bu il daha bir mühüm tarixlə üst-üstə düşdü. Oktyabr ayında İlham Əliyevin Azərbaycanın dövlət başçısı vəzifəsinə birinci dəfə seçilməsinin 20 ili tamam oldu. 2003-cü ildə hakimiyyətə gəlib prezidentlik fəaliyyətinə başlayan İlham Əliyev öz xalqına ölkənin ərazi bütövlüyünü qoruyacağına və həmin vaxt işğal altında olan bütün torpaqları azad edəcəyinə söz verdi. Bütün bu illər ərzində dövlət başçısı qarşıya qoyduğu məqsədə doğru əzmkarlıqla irəlilədi. Hər bir təşəbbüs və qəbul edilmiş hər bir qərar əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə xidmət edirdi. 2003-cü ildə xalqa verilən vəd yerinə yetirildi", – deyə agentliyin həmsöhbəti qeyd edib.

O vurğulayıb ki, Ermənistanın uzun illər davam edən hərbi təxribatlarına baxmayaraq, Azərbaycan danışıqlar masasında qətiyyətli mövqe nümayiş etdirdi, eyni zamanda, ordunun müdafiə potensialını və imkanlarını gücləndirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər orduya çevrildi. Bütün illər ərzində dövlət büdcəsinin xərclərinin əsasını hərbi xərclər təşkil edirdi. Hərbi texnika bir çox mənbələrdən satın alındı, yeni müqavilələr bağlandı, birgə hərbi təlimlər təşkil edildi və eyni zamanda, Azərbaycanda mindən çox adda yerli hərbi təyinatlı məhsullar istehsal olunmağa başlandı.

"Son üç ildə baş verən hadisələr bir çoxları üçün milli birliyin ədalət uğrunda mübarizədə nəyə gətirib çıxara biləcəyinin bariz nümunəsi oldu. Düşməni tamamilə darmadağın edən, birlik və güc nümayiş etdirən "dəmir yumruq" məhz belə hərəkət edib. Bütün dünya qəhrəman əsgərlərin şücaəti, şəhidlərin qanı bahasına Azərbaycanın şanlı Zəfərinin şahidi oldu. On minlərlə insan könüllü olaraq orduya yazıldı. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşları misilsiz həmrəylik nümayiş etdirdilər. Hər kəs Vətənin müdafiəsinə qalxmağa hazır idi, çünki hamı dərk edirdi ki, Qarabağ Azərbaycandır və işğalçını oradan qovmağın vaxtı gəlib çatıb. Bütün etnik qrupların nümayəndələri çiyin-çiyinə dayanaraq öz ölkələrinin ərazi bütövlüyünü və suverenliyini birgə səylərlə bərpa etdilər. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etmədi, həm də "böyük Ermənistan" haqqında erməni mifini məhv etdi”, - deyə A.Lavrina bildirib.

Müharibənin həm döyüş meydanında, həm də informasiya məkanında getdiyini qeyd edən siyasi şərhçi Prezident İlham Əliyevin xarici KİV-ə verdiyi hər müsahibənin Azərbaycanın diplomatik uğuruna çevrildiyini bildirib. O qeyd edib ki, dövlətimizin başçısının bütün cavablarında konkretlik, qətiyyət və bütün xalqın inamı ilə dəstəklənən iradə daim mövcud olub. Nəhayət, erməni təbliğat maşınının qurduğu çoxillik informasiya blokadasını yarmaq mümkün oldu. Beynəlxalq təşkilatların Azərbaycana qarşı bütün təzyiq cəhdlərinin qarşısı uğurla alındı.

Telejurnalist hesab edir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat rəsmi İrəvanın təslim olmasını təcəssüm etdirirdi. Bu, həm də bir çox beynəlxalq təşkilatlar üçün dərs oldu. Münaqişə zamanı Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və çoxillik mübahisənin həlli üçün hüquqi baza hazırlayıb. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkilatı və digər təşkilatlar Azərbaycanın sərhədlərinin toxunulmazlığına, suverenliyinə və ərazi bütövlüyünə dəstək verən qətnamələr qəbul ediblər. Lakin 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal tam çıxarılmasını tələb edən dörd qətnaməsi yalnız kağız üzərində qaldı. İşğalçı ölkə olan Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Münaqişənin sülh yolu ilə həllini tapmaq məqsədilə yaradılan ATƏT-in Minsk qrupu da vəzifəsinin öhdəsindən gəlmədi. 1992-ci ilin fevralında 613 günahsız sakinin öldürüldüyü Xocalı soyqırımın törədilməsində günahkarlar məsuliyyətə cəlb olunmayıblar. Ermənistan etnik təmizləmələr apararaq, azərbaycanlıları öz doğma torpaqlarından qovub və ya amansızcasına qətlə yetirib. Bir milyondan çox azərbaycanlı təxminən 30 il ərzində qaçqın və məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalıb. Bu dövrdə Ermənistan Azərbaycanın mədəniyyət abidələrini və çoxəsrlik tarixini yer üzündən silərək, işğal etdiyi əraziləri tamamilə dağıdıb.

"Bu barədə beynəlxalq platformalarda çox danışılıb, Bakı ilə İrəvan arasında uzun illər davam edən münaqişənin sülh yolu ilə nizamlanmasında israr edilib, lakin problemi yalnız hərbi yolla həll etmək mümkün olub. Ermənistanın daim davam edən təxribatçı bəyanatları və hərəkətləri müharibəni qaçılmaz etdi. Üç il sonra sülhün əldə edilməsi, heç vaxt olmadığı qədər reallıq kimi görünür. Azərbaycan işğaldan azad olunmuş əraziləri sürətlə bərpa edir. Regionlar inkişaf etdirilir, yeni iqtisadi layihələr üçün təməl qoyulur, keçmiş məcburi köçkünlər isə qalib xalq statusunda öz torpaqlarına qayıdırlar. Biz Prezident İlham Əliyevin o çətin, lakin əlamətdar dövrdə söylədiyi hər sözü xatırlayırıq. Azərbaycan xalqını daha da sıx birləşdirən böyük Zəfərə görə "sağ olun" deyirik. Liderimizin səyləri sayəsində bu gün Azərbaycan - güclü ordusu, müstəqil iqtisadiyyatı və vahid xalqı olan azad ölkədir", - deyən siyasi şərhçi sözlərini yekunlaşdırıb.




Baxış sayı: 100
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30