"Zəfər Günü" (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistləri Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət II Ənənəvi Futbol Turnirinin bağlanış mərasimi keçirilib.
Fact-info.az xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda ilk olaraq 3-cü yer uğurunda “Ardanış” ilə “Loru-Borçalı” komandaları qarşılaşıb. "Ardanış" görüşü 4:3 hesablı qələbə ilə bitirərək bürünc medalın sahibi olub.
Ardınca final görüşündə “İrəvan” sarı-qırmızılar ləqəbli “Çəmbərək” ilə üz-üzə gəlib. Qarşılaşmada "Çəmbərək" 7:5 hesabı ilə qalib gələrək kuboku qazanıb.
Final görüşünün qalibi müəyyənləşdikdən sonra turnirin bağlanış mərasimi keçirilib. Tədbirdə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, futbol veteranları Ağasəlim Mircavadov, Yaşar Vahabzadə, Şahin Diniyev, Arif Əsədov, Mətbuat Şurasının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin, eləcə də, digər qurumların nümayəndələri çıxışlarında şəhid jurnalistlərin əziz xatirəsini yad ediblər.
Baxış sayı: 135
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
