FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Can Azərbaycan!” devizi altında tədbir keçirilib!
5-11-2023, 15:30 | MƏDƏNİYYƏT
“Can Azərbaycan!” devizi altında tədbir keçirilib!
Bakıdakı Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin gözəl ənənələri var: təhsil ocağında mütəmadi olaraq şəhid ailələri, müharibə əlil və veteranları ilə görüş keçirilir. Dərsdən kənar vaxtlarda şagirdlərin Bakıdakı Fəxri Xiyabana, I və II Şəhidlər Xiyabanlarına ziyarətləri təşkil edilir. Məktəb rəhbərliyi şagirdlərin Ölkəmizin inkişafına gələcəkdə daha çox dəstək vermələri üçün var qüvvələri ilə çalışır. Belə tədbirlərdən biri noyabrın 3-də keçirilən və 8 noyabr-Zəfər gününə həsr edilən tədbir idi. “Can Azərbaycan!” devizi altında keçirilən tədbiri bu Təhsil ocağının direktoru İlahə Həmidova açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru İlahə Həmidova qonaqları tədbir iştirakçılarına təqdim etdikdən sonra söz 9 c sinfinin şagirdlərinə verildi. Onlar maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilərin çıxışı dəfələrlə alqışlarla qarşılandı. 
Daha sonra söz qonaqlara verildi. Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova, 144 nömrəli məktəbin məzunu-şəhid Murad Məmmədlinin anası Əfruzə xanım, Murad bəyin bacısı Şahnaz xanım, şəhid Nicat Qasımzadənin bacısı Fatimə müəllimə, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu, Bakıdakı 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, qazi Rahil Məmmədov, qazi Nemət Almirzəyev və başqaları çıxış edərək II Vətən savaşında qazanılan tarixi qələbəmizdən bəhs etdilər. 
Daha sonra Təhsil ocağının Rəhbərliyi adından bəzi müəllim və şagirdlər təltif edildi.
Qeyd: xatırladıram ki, tədbirin təşkilatçıları-məktəbin direktoru İlahə Həmidova, məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Abbasova və müsiqi fənnini tədris edən Təranə Hüseynova idi.
P.S.Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli və "Gənc İslahatçılar" ictimai birliyinin sədri Fərid Şahbazlı da bayram tədbirində iştirak edirdi.
                                        Şamil Ələkbərli, müharibə veteranı



Baxış sayı: 720
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30