FACT-INFO.AZ » AKTUAL » Vətən müharibəsində könüllü iştirak edən, 50-dən artıq çətin cərrahi əməliyyat həyata keçirən həkim Anar Yusibov
5-11-2023, 15:00 | AKTUAL
Vətən müharibəsində könüllü iştirak edən, 50-dən artıq çətin cərrahi əməliyyat həyata keçirən həkim Anar Yusibov

Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə çevrildi.  Vətən müharibəsindəki möhtəşəm qələbəmiz  Azərbaycan tarixində yeni səhifə açdı.

 Zəfər tariximizə həkimlərimiz də böyük töhfələr veriblər.

  Vətən müharibəsində könüllü iştirak edən, 50-dən artıq çətin cərrahi əməliyyat həyata keçirən həkim Anar Yusibov əməkdaşımızla söhbəti zamanı fikirlərini belə açıqlayıb:

-Son iki yüz ildə Azərbaycan ilk dəfə möhtəşəm tarixi  qələbə qazandı. Torpaqlarımızı işğal edən, dinc insanlara qarşı hər zaman terror  aktı törədən düşmənin alınmaz sədləri, səngərləri qəhrəman oğullarımız tərəfindən darmadağın edildi. Azərbaycan Ordusu möhtəşəm qələbə qazandı. Bu qələbə münasibətilə  Ali Baş Komandanı, Ordumuzu, hər bir azərbaycanlını ürəkdən təbrik edirəm. Şəhid analarının qarşısında baş əyirəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. qazilərimizə can sağlığı arzulayıram. Bu gün biz böyük ruh yüksəkliyi ilə Tarixi Zəfərimizi qeyd edirik.

Anar doktor daha sonra 44 günlük müharibə dövrünə nəzər salaraq qeyd edib ki,  mən müharibə başlayan kimi könüllü olaraq cəbhəyə getmişəm. Sonuncu  antiterror əməliyyatları keçirilən zaman yenidən həkimlik borcumu yerinə yetirmək üçün yenə könüllü getmişdim. Peşəkar tibbi heyətlə birlikdə maksimum qüvvə ilə çalışdıq. Bizim də borcumuz əsgərlərimizin yanında olmaq idi. 44 günlük müharibə zamanı həyata keçirdiyim cərrahi əməliyyatların sayı təxminən 50-dən artıq olub. Çünki hər gün, hətta gecələrdə əməliyyat blokunda çalışırdım. Vaxt tapan kimi bir az dincəlirdik ki, gecə gələn xəstələrimizi əməliyyat edə bilək. Sonuncu antiterror tədbirləri zamanı həkim olaraq xeyli cərrahi əməliyyat həyata keçirdim. İki yaralının vəziyyəti ağır olduğuna görə, ayağı amputasiya olunmalı idi.

Lakin bizim apardığımız çox çətin cərrahi əmiyyat uğurla başa çatdı və hər iki xəstəmizin ayaqlarını itirmək təhlükəsindən xilas oldular. Sonradan mən maraqlandım həmin iki hərbçimizin normal gəzmək, hərəkət etmək imkanları bərpa olunmuşdu.   

 Anar doktor daha sonra bildirib ki, mən də bir cərrah olaraq hər zaman  əsgərlərimizin yanındayam. Hərbçilərimizin sağlamlığı üçün nə mümkündürsə etməyə hazıram. Tarixi Zəfərimiz mənim üçün ikiqat bayramdır. Ona görə ki, mənim öz doğma yurdum Kəlbəcər rayonu azadlığına qovuşub. Kəlbəcər işğal olunan zaman mənim 13 yaşım var idi. Bu gün şüküranlığımı bildirirəm ki, öz yurdumu azad görmək mənə nəsib oldu.

 Fact-info.az

 




Baxış sayı: 440
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30