“Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb”.
Fact-info.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, azad edilən ərazilər kütləvi şəkildə minalanıb:
“Son mina qurbanımız dünən olub. Xoşbəxtlikdən həmin şəxs sağ qalıb. Antiterror tədbirlərindən sonra azad etdiyimiz ərazilərdə vəziyyət təhlil olunacaq. Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb. Orta hesabla həmin o minaların dərinliyi 2 km-dir. Bu, o deməkdir ki, əlavə olaraq 960 kvadrat km. ərazi minalanıb. Qiymətləndirmə ondan ibarətdir ki, biz orada 100 minlərlə əlavə minaların basdırılması barədə danışırıq”.
Baxış sayı: 100
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
