"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır".
Fact-info.az xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, bizi əhatə edən ekosistemə zərər vurur, həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir: “İşğal dövründə Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə, 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”.
Baxış sayı: 110
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
