Hazırda postmünaqişə dövründə biz regionda sülh və əmin-amanlığın təmin olunması üçün addımlar atırıq. Ermənistanla sülh sazişinin bağlanması üçün şərtlər irəli sürülüb.
Fact-info.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Xəzər Universitetində keçirilən “Böyük Qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda simpoziumda çıxışı zamanı söyləyib.
Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizə nəticəsində Qarabağın separatizmdən azad olunduğunu vurğulayan F.Şəfiyev deyib: “Azərbaycan Qarabağın azad olunması üçün böyük çətinliklərdən keçdi, sülh çağırışları etdi, lakin erməni separatçılarının təcavüzkar siyasəti bizə torpaqlarımızı güc yolu ilə azad etməkdən başqa çıxış yolu qoymadı. 44 günlük müharibədən sonra Azərbaycan dəfələrlə Qarabağdakı qanunsuz silahlı birləşmələri ərazilərimizi tərk etməyə çağırdı. Çağırışların gözlənilən nəticəni verməməsi torpaqlarımızda antiterror tədbirləri keçirməyə gətirib çıxardı”.
Qarabağdan könüllü köçən ermənilərin yenidən qayıtmaları ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edən BMTM-in İdarə Heyətinin sədri bildirib: “Belə olan halda, ermənilər niyə öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtmasından danışmır? Biz Ermənistana ərazi iddiası etmirik, lakin belə düşünürük ki, əgər söhbət sülhə nail olmaqdan gedirsə, hər iki tərəfin hüquqları bərabər şəkildə təmin edilməlidir”.
Baxış sayı: 130
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
