FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dahi musiqiçimizin operettası Özbəkistanda maraqla qarşılanıb
3-11-2023, 10:30 | MƏDƏNİYYƏT
Dahi musiqiçimizin operettası Özbəkistanda maraqla qarşılanıb

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasını İnstitutun Teatr binasında özbək dilində səhnəyə qoyub.

Fact-info.az xəbər verir ki, Şərq ruhunda həyat tərzini parlaq şəkildə əks etdirən bu musiqili komediyasını Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun Musiqi-teatr aktyorluğu kafedrasının rəhbəri, dosent Şerzod Məhəmmədiyev tərəfindən səhnələşdirilib və tamaşanı İnstitutun nəzdində xüsusi orkestr müşayiət edib.

Tədbirin sonunda çıxış edən Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutun rektoru Eldor Şermanov dünya şöhrətli Azərbaycan bəstəkarının əsəri olan “Arşın mal alan” operettası haqqında danışıb, onun Özbəkistanda çox sevildiyini və daim maraqlı qarşılandığını qeyd edib. O vurğulayıb ki, “Arşın mal alan” əsəri dünyanın 75-dən çox dilinə tərcümə olunub, 76 ölkənin 187 teatrında tamaşaya qoyulub. Rektor Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət beşiyi Şuşada dünyaya gəldiyini və bu şəhərin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olduğunu vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məsləhətçisi Yusif Məmmədov çıxışında “Arşın mal alan” operettası üzərində xüsusi həvəslə çalışan aktyorlarının yüksək ifaçılıq səviyyəsini qeyd edərək, İnstitut rəhbərliyinə, habelə tamaşa rejissoruna öz təşəkkürünü bildirib. Y.Məmmədov qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistan səhnələrində artıq bir çox Azərbaycan tamaşaları nümayiş olunub və bu istiqamətdə işlər davam etdirilir. Natiq tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanan “Arşın mal alan” əsərindəki süjetləri özlərinə doğma və yaxın kimi qəbul edilməsi xalqlarımızın bir-birinə yaxınlığının bir daha sübutu olduğunu söyləyib.





Baxış sayı: 75
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30