Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb.
Fact-info.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşündə bildirib.
Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
BƏƏ tərəfi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün investisiya imkanlarından yararlanmağa dəvət edilib.
Bölgədə sülh və reinteqrasiya prosesləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını diqqətə çatdırıb.
Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.
Baxış sayı: 110
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
