FACT-INFO.AZ » SİYASƏT » Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən üç il ötür
28-10-2023, 10:30 | SİYASƏT
Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən üç il ötür

Bu gün Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə raket zərbələri endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Fact-info.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri terror qurbanlarının bir neçəsinin evində olub, ailə üzvlərini dinləyib.

Bərdə terroru zamanı həlak olan Məhərrəm Mustafayevin anası Seyran xanım üç il əvvəlki dəhşətli günü xatırlayaraq deyib: “Adi günlərimizdən birini yaşayırdıq. Günorta idi, nahar etməyə hazırlaşırdıq. Partlayış səsləri eşidildi. Uşaqlar küçəyə qaçdılar, gördülər ki, Məhərrəm çörək alıb avtomobilinə minən zaman şəhid olub. Avtomobili yanmışdı. Uşaqları gedib gözləri ilə gördülər. Ermənilər bu vəhşilikləri ilə övladını itirən anaların, valideynini itirən övladların ürəyinə sağalmaz yara vurdular...”.

Məhərrəmin oğlu Elşən Bərdə terrorunun dəhşətlərini öz gözləri ilə görüb. Onun üçün ən dəhşətlisi isə həlak olanların içərisində atasını da görmək olub. “Həmin gün evdə idik. Atam zəng etdi ki, evə gəlir, nə almaq lazımdır. Dedik yalnız çörək alsın. Aradan 10 dəqiqə keçmiş gurultu səsləri gəldi. Çölə çıxdıq. Raketin biri bizim evin qarşısına düşmüşdü. 15-20 saniyə sonra ikinci partlayış oldu. Həmin yerə getdikdə dəhşətli mənzərənin şahidi oldum. Dağıntılar, yanan maşınlar, ölənlər, yaralananlar... Maşınımızı görüb yaxınlaşdım. Maşın yanmışdı, atam həlak olmuşdu...”.

Bərdə terroru zamanı kimisi qohumunu, kimisi qonşusunu, kimisi isə doğmalarını, ailə üzvlərini itirdi. Növbəti həmsöhbətimiz Tahir Kazımov üç ildir ki, terror qurbanı olan oğlu Dəyanətin acısını yaşayır: “Günorta idi. Nahar edib çay içirdik. Birdən partlayış səsləri eşidildi. Dəyanət həmin vaxt küçədə idi. Partlayışdan sonra özünü evə çatdırdı. Bu vaxt kasetli bombalardan biri də həyətimizə düşdü. Qəlpə Dəyanətin ürəyinə girmişdi. Xəstəxanaya çatanda artıq dünyasını dəyişmişdi. Yoldaşım və Dəyanətin körpə övladı da çoxsaylı qəlpə yarası almışdılar. Ailəmiz çox sarsıldı. Təsəllimiz odur ki, Ordumuz Dəyanətin və qətlə yetirilmiş digər günahsız insanların qisasını alıb, torpaqlarımız işğaldan azad edilib”.

Tahir kişi indi Dəyanətin yadigar qalmış iki körpə övladını layiqli vətəndaş kimi böyütmək üçün çalışır. Tahir Kazımovun, Seyran Mustafayevanın acısı təkcə Bərdənin deyil, bütün xalqımızın acısıdır. İndi həm Bərdə sakinlərinin, həm də erməni vəhşiliklərinin acılarını yaşayan hər bir azərbaycanlının ən böyük təsəllisi axıdılan günahsız qanların yerdə qalmaması, Azərbaycan Ordusunun erməni faşizminə son qoymasıdır.

Qeyd edək ki, Bərdə şəhəri oktyabrın 5-i, 8-i, 27-si, 28-i və noyabrın 7-də Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terror aktları nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.




Baxış sayı: 195
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30