FACT-INFO.AZ » MEDİA » Əcnəbi telekanal Ermənistanın təcavüzkar siyasəti ilə bağlı məlumat yayıb
25-10-2023, 10:22 | MEDİA
Əcnəbi telekanal Ermənistanın təcavüzkar siyasəti ilə bağlı məlumat yayıb

Perunun aparıcı xəbər kanallarından biri “Latina TV”-də efirə getmiş proqramda Ermənistanın təcavüzkar siyasətinin nəticələri, Azərbaycanın torpaqlarını çoxillik işğaldan azad edərək tarixi ədaləti bərpa etməsi, həmçinin regionda yeni reallıqlar yaratmasından bəhs olunub.

Fact-info.az xəbər verir ki, veriliş zamanı telekanalın ölkəmizə ezam olunmuş müxbirinin işğaldan azad olunmuş ərazilərdə lentə aldığı videogörüntülər nümayiş etdirilib, perulu jurnalistin Ağdam, Gəncə və digər şəhərlərimizdə şahidi olduğu erməni terroru və vandalizminin dəhşətli olduğu vurğulanıb.

Həmçinin süjetdə Qarabağın artıq müzakirə mövzusu olmadığı, Azərbaycanın erməni işğalına son qoyaraq bölgədə yeni reallıqlar yaratdığına diqqət çəkilib. Qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və tezliklə iki ölkə arasında çoxdan gözlənilən yekun sülh müqaviləsinin imzalanması regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına, inkişaf və tərəqqiyə xidmət edəcəkdir.

Yayım zamanı məsələ ilə əlaqədar ölkəmizin Perudakı səfiri Məmməd Talıbovdan götürülmüş müsahibə də əksini tapıb. Səfir Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən son hadisələr və ölkəmizin sülh gündəliyi haqqında ətraflı məlumat verib, hazırda Azərbaycan Hökuməti qarşısında duran əsas vəzifələrdən birinin vaxtilə etnik təmizləmə nəticəsində öz torpaqlarından didərgin düşmüş yüzminlərlə həmvətənimizin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi olduğunu bildirib. Davam edən erməni mina terrorunun fəsadlarına baxmayaraq, işğaldan azad edilmiş torpaqlarda sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb.

Diplomat, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi həyatına reinteqrasiyasının əhəmiyyətinə toxunub, bu məqsədlə zəruri tədbirlərin görüldüyünü qeyd edib. Xüsusi vurğulanıb ki, BMT missiyası Qarabağa səfəri zamanı yerli erməni sakinlərə qarşı heç bir zorakılıq halı və mülki ictimai infrastrukturda heç bir ziyan qeydə almayıb.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən söz açan səfir M.Talıbov iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinin, eləcə də regional nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini qeyd edib.




Baxış sayı: 120
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031