FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır
25-10-2023, 09:30 | TƏDQİQATLAR-ANALITIKA
Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır

Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır.

Fact-info.az xəbər verir ki, bu barədə çərşənbə axşamı BBC-nin canlı efirində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O qeyd edib ki, “3+3” məşvərətçi regional platformasının təsis edilməsi ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra irəli sürülüb. Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud olan ciddi potensialdan istifadə olunması və Cənubi Qafqazın üç dövləti, habelə onların yaxın qonşuları - Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və başqa sahələrdə praktiki qarşılıqlı fəaliyyətin təmin edilməsidir.

Formatın iştirakçıları oktyabrın 23-də Tehranda keçirilən ikinci görüş əsnasında region ölkələrinin regional məsələlərin həllində başlıca rol oynamalı olduqları üzrə vahid rəy ifadə ediblər və həmin kontekstdə bu strateji cəhətdən mühüm regionun gələcəyinin formalaşdırılması işində iştiraklarını və cəlb olunmalarını möhkəmləndirmək niyyətindədirlər. Bu mənada həmin ölkələrin regiondan kənar oyunçuların regiona aid məsələlərə zərərli müdaxiləsinə qarşı çıxmaları təbiidir. Bununla yanaşı, sonuncular tez-tez özlərinin qərəzli daxili siyasət mülahizələrindən çıxış edərək, hazır reseptlərini Cənubi Qafqaz ölkələrinə sırımaq istəyirlər. Təəssüf ki, onlar yalnız regionda gərginliyi artırır və beləliklə, uzunmüddətli sülhə nail olunması prosesini pozurlar.

Elçin Əmirbəyov sözlərinə davam edərək bildirib ki, Azərbaycana gəldikdə, bu, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və hətta Frankofoniya Beynəlxalq Təşkilatında özünün aparıcı rolundan sui-istifadə edən Fransanın timsalında daha aydın şəkildə müşahidə olunur.

Daim qərəzli, birtərəfli və açıq-aşkar anti-Azərbaycan təşəbbüsləri irəli sürən Paris, təəssüf ki, özünün daxili siyasət gündəliyinin girovuna çevrilir, beləliklə, təkcə özünün deyil, həm də Ermənistan-Azərbaycan normallaşmasında potensial vasitəçi olan Avropa İttifaqının nüfuzuna da xələl gətirir.

Elçin Əmirbəyov sonda deyib: “Elə bu yaxınlarda Ermənistana kütləvi şəkildə silah və texnika tədarükünün başlamasını elan edən Fransa regionda sülh və təhlükəsizlik baxımından öz siyasətinin əvvəlcədən yetərincə proqnozlaşdırıla bilən təhlükəli nəticələrinə məhəl qoymayaraq, konfrontasiya və Cənubi Qafqazda gələcək silahlanma yoluna ayaq basıb.




Baxış sayı: 215
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30