FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
25-10-2023, 09:00 | MƏDƏNİYYƏT
“İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

Fact-info.az  xəbər verir ki, nəşrin buraxılışı Ermənistandan deportasiya edilmiş Azərbaycan qaçqınlarının qayıtması məsələsinin retrospektiv təhlilinə həsr olunmuş məqalə ilə açılır.

Jurnalın baş redaktoru Musa Mərcanlının məqaləsində qeyd olunur ki, Azərbaycan dövləti erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və keçmiş məcburi köçkünlərin bu ərazilərə qaytarılması, eləcə də erməni əhalisinin reinteqrasiyası üzrə sistemli iş aparır.

“Belə şəraitdə Ermənistan Respublikası ərazisindən olan qaçqınlarla bağlı Azərbaycan xalqı üçün daha bir ağrılı problem aktuallaşıb. Ermənistan ərazisinin – Qərbi Azərbaycan torpaqlarının yerli əhalisi olan azərbaycanlılar XX əsrdə üç zorakı deportasiya mərhələsi yaşayıblar: 1918-1920-ci illərin qanlı etnik təmizləmələri, 1947-1952-ci illərin məcburi yerdəyişmələri, sovet rejimi tərəfindən aparılmış 1988-1989-cu illərin zorakı “yenidənqurma” dövrü deportasiyası.” - məqalədə deyilir.

Jurnalda ermənilərin Cənubi Qafqaza miqrasiyasının tarixi-geosiyasi aspektlərinə həsr olunmuş daha bir material Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Yazıda tarixi mənbələr əsasında qədim dövrdə ermənilərin əcdadlarının Balkan yarımadasından Kiçik Asiyaya miqrasiyasının, bu bölgənin şərq hissəsində erməni etnosunun formalaşmasının və sonradan onun Cənubi Qafqaza köçməsinin tarixi, habelə bu bölgədə erməni dövlətçiliyinin formalaşması uğrunda mübarizənin başlanması və dəstək üçün Avropa və Rusiyaya emissarların göndərilməsindən bəhs olunur.

Budəfəki nömrədə tarix həvəskarları üçün "Ermənistan" adının və "ermənilər" etnoniminin mənşəyi haqqında daha çox məlumat əldə etmək maraqlı olacaq. Nömrədə dərc edilmiş məqalədə Azərbaycan ərazisində xristian irsinin tarixinə geniş yer ayrılıb. Azərbaycan-Gürcüstan sərhədinin keçdiyi Keşikçidağdakı mağara məbəd-monastır kompleksinə həsr olunmuş material oxucuların diqqətinə təqdim olunur, məqalənin son hissəsi isə Qarabağdakı Alban avtokefal kilsəsinin və onunla bağlı abidələrin tarixindən bəhs edir.

Nömrədə, həmçinin Azərbaycanın görkəmli ədəbiyyat, rəssamlıq və fotoqrafiya sənət xadimlərinə həsr olunmuş ənənəvi rubrikaların materialları yer alıb ki, bu da oxucunun Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında biliklərini genişləndirməyə kömək edəcək.




Baxış sayı: 105
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30