FACT-INFO.AZ » SİYASƏT » Ukraynanın “Rada” parlament telekanalında Qarabağ ətrafında vəziyyət müzakirə edilib
24-10-2023, 12:30 | SİYASƏT
Ukraynanın “Rada” parlament telekanalında Qarabağ ətrafında vəziyyət müzakirə edilib

Ukraynanın “Rada” dövlət informasiya-analitik telekanalında Azərbaycanın Qarabağ bölgəsi ətrafında vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılıması və Azərbaycanın təcrübəsinin öz ərazilərinin işğalından əziyyət çəkən digər ölkələr üçün əhəmiyyəti müzakirə edilib.

Fact-info.az xəbər verir ki, Oleksiy Qomon vəv Katerina Derkaçın aparıcısı olduqları proqramda ekspert qismində jurnalist, Ukrayna-türk layihələrinin kuratoru Marına Qonçaruk çıxış edib.

Marına Qonçaruk canlı efirdə diqqəti Qarabağda vəziyyətin tarixi konteksti üzərində cəmləşdirib, xüsusən Gülüstan və Türkmənçay müqavilələri, məhz Azərbaycanın cənub və şimal hissəsinin Qacarlar İranı və Rusiya imperiyası tərəfindən işğal olunması, həmçinin ermənilərin Azərbaycan xanlıqları ərazilərinə köçürülməsindən bəhs edib.

Spiker vurğulayıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində baş verən konstruktiv proseslər təkcə region üçün deyil, həm də dünya təhlükəsizliyi arxitekturası və beynəlxalq hüquq baxımından çox mühümdür.

Marına Qonçaruk deyib: “Ermənilərin sıxışdırılıması haqqında manipulyasiya və cidd-cəhdlə yayılan yanlış məlumatlar həqiqətə uyğun deyil. Onlar bu gün Azərbaycanın Qarabağ regionunda baş verən tarixi əhəmiyyətli və ədalətli proseslərin qarşısını almaq məqsədi daşıyır. Axı Azərbaycan təkcə etnik azərbaycanlıların vətəni deyil, həm də udinlər, talışlar, avarlar, tatlar, ləzgilər və başqa xalqlar özlərini Azərbaycan millətinin bir hissəsi hesab edirlər. Onlar mədəni və etnik kimliklərini qoruyub saxlamaq üçün bütün imkan və şəraitə malikdirlər. Azərbaycanın ərazisində Qafqaz Albaniyasının məbədləri (ermənilərin öz adlarına çıxmaq istədikləri irs abidələri) qorunub saxlanılıb və bu qədim dövlətin qəbilə ittifaqına daxil olan bəzi xalqlar bugünədək xristianlığı yaşadıblar. Azərbaycanda, həmçinin qədim yəhudi icması var və bütün bunlar müxtəlif etnos və dinlərin nümayəndələri üçün bərabər imkanların olmasından xəbər verir”.

Sözlərinə yekun vuran jurnalist qeyd edib ki, Azərbaycanın suverenliyinin tam bərpası və qanunsuz erməni hərbi birləşmələri üzərində qazanılan qələbə bütün regiona rifah, sülh və sabitlik gətirəcək, habelə başqa ölkələr üçün də yaxşı nümunə olacaq.




Baxış sayı: 160
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30