FACT-INFO.AZ » İQTİSADİYYAT » "İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında infrastrukturun və ekosistemin bərpası uzun illər və külli miqdarda vəsait tələb edir"
21-10-2023, 10:00 | İQTİSADİYYAT
"İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında infrastrukturun və ekosistemin bərpası uzun illər və külli miqdarda vəsait tələb edir"

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının, Avropa Regional Ofisinin, BMT-nin Ətraf Mühit Proqramının və Brüssel Koordinasiya İdarəsinin birgə təşkilatçılığı ilə "Təmiz, sağlam və dayanıqlı ətraf mühit hüququ" mövzusunda keçirilən "İnsan hüquqları 75" - Avropa və Mərkəzi Asiya Yüksək səviyyəli Regional Dialoqunda iştirak edib.

Fact-info.az bildirir ki, Ombudsman Aparatından verilən məlumata görə, A.Səfixanlı konfransda çıxışı zamanı ekoloji tarazlığın qorunub saxlanmasının, ətraf mühitin mühafizəsinin, təbii ehtiyatlardan səmərəli istifadənin son dövrlərdə aktual məsələyə çevrildiyini və dövlətlər tərəfindən davamlı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini bildirib.

Hazırda dünyada baş verən müharibələrin, bəzi ölkələrin işğalçılıq və etnik təmizləmə siyasətinin ətraf mühitə mənfi təsir edən əsas amillərdən olduğunu söyləyən Aparat rəhbəri, Azərbaycanın Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq, mina terroru və ekoterrorizm siyasətindən əziyyət çəkdiyini diqqətə çatdırıb.

Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) hələ də fəaliyyət göstərdiyini və bütün bölgə üçün potensial təhlükə mənbəyi olduğunu qeyd edən A.Səfixanlı BMT-nin əlaqədar qurumlarını bu məsələyə diqqət ayırmağa, sağlam ətraf mühitə və fundamental insan hüquqlarının təmininə ciddi təhdid olan təhlükənin aradan qaldırılması istiqamətində addımlar atmağa dəvət edib.

Aydın Səfixanlı ərazilərinin işğaldan azad edilməsinə baxmayaraq, Azərbaycanın hələ də işğalın mənfi təsirini yaşadığını, tamamilə məhv edilmiş infrastrukturun və ekosistemin bərpasının bundan sonra uzun illər və külli miqdarda vəsait tələb etdiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terrorundan bəhs edən Aparat rəhbəri minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilmədiyini qeyd edib, mina probleminin keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitdiyini və çoxsaylı insan itkilərinə səbəb olduğunu, ekoloji problemlərin yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsindən bu günədək 330-dan çox şəxsin mina qurbanına çevrildiyini söyləyib.

Təmiz, sağlam, dayanıqlı ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi məsələsinin Azərbaycan Ombudsman təsisatının daim diqqət mərkəzində olduğunu söyləyən A.Səfixanlı qeyd olunan məsələlərlə bağlı fakt-araşdırıcı missiyaların həyata keçirildiyini, müvafiq hesabat, müraciət və bəyanatların hazırlanaraq beynəlxalq təşkilatlara ünvanlandığını diqqətə çatdırıb.

Aydın Səfixanlı beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüquqlarının pozulmasına səbəb olan amillərin aradan qaldırılması naminə həmrəylik nümayiş etdirməyə və bu istiqamətdə qarşılıqlı əməkdaşlığa çağırıb.




Baxış sayı: 105
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30