FACT-INFO.AZ » SİYASƏT » Ombudsman: Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır
19-10-2023, 09:00 | SİYASƏT
Ombudsman: Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır

Həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır.

Fact-info.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “İnsan hüquqları müdafiəsinin problemləri: ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda Moskvada keçirilən VII beynəlxalq elmi-praktiki konfransda deyib.

Qırx yeddi ölkənin ombudsmanlarının iştirak etdiyi tədbirdə “Müharibə və postmüharibə dövründə Azərbaycan ombudsmanının fəaliyyəti” mövzusunda çıxışı zamanı müvəkkil insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində ombudsman təsisatlarının və milli insan hüquqları institutlarının rolunu vurğulayıb, Azərbaycanın Ombudsman təsisatının müvafiq istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edib, mandatının mövcud beynəlxalq meyarlara uyğun olaraq, aidiyyəti sahələr üzrə genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən danışıb.

Son illərdə baş verən müharibə və terror aktlarının fundamental insan hüquqlarının pozulmasına, humanitar böhranın yaranmasına səbəb olduğunu qeyd edən Ombudsman otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilən müharibə cinayətləri barədə də danışıb.

Səbinə Əliyeva İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq hüququn tələblərinə uyğun olaraq torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

Ombudsman beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarını özündə əks etdirən müraciət, hesabat və bəyanatların aidiyyəti beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlara ünvanlandığını qeyd edib.

Müharibələrin insan tələfatı ilə yanaşı, həm də onların itkin düşmələrinə səbəb olduğunu söyləyən müvəkkil Birinci Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə danışan S.Əliyeva mina partlayışı nəticəsində İkinci Qarabağ müharibəsindən indiyədək yüzlərlə şəxsin mina qurbanına çevrildiyini qeyd edib.

Sonda S.Əliyeva insan hüquqlarının müdafiəsi sahəsində təsisatlar arasında münasibətlərin daha da möhkəmlənəcəyinə, səmərəli fəaliyyətin və konstruktiv dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirib.




Baxış sayı: 90
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30