FACT-INFO.AZ » SİYASƏT » BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib
18-10-2023, 10:30 | SİYASƏT
BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib.

Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Açıqlamada, həmçinin qeyd olunub: “Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib. Bundan əlavə, İcmanın nümayəndəsi Kamal Cəfərov Komitənin iclasında iştirak edib.

İcma Paralel Hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları üzrə konvensiyaları pozması haqqında məlumat verib və komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Bu günlərdə komitə Ermənistanın sözügedən Paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc edib. İcmanın bildirdiyi bir çox iradlar, xüsusilə Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını, o cümlədən mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi, qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər komitənin yekun sənədində öz əksini tapıb.

Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağırıb.

Komitə, həmçinin Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirib və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb edib.

Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək”.




Baxış sayı: 125
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30