FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İtkinlər mövzusunda qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib
17-10-2023, 19:23 | MƏDƏNİYYƏT
İtkinlər mövzusunda qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “Coğrafiya müəllimi” adlı qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib.

“Cinema Plus” kinoteatrında təşkil olunan təqdimatda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, sənədli filmdə yer almış şəxslər, qeyri-hökumət təşkilatları və media təmsilçiləri iştirak edib.

Qısametrajlı bədii-sənədli film I Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə atılmış Şuşa sakini, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı itkin düşmüş, hələ də taleyindən heç bir xəbər olmayan Nəsir Hüseynqulu oğlu Bağırovun təsirli həyat hekayəsindən bəhs edir.

Filmdə əsas qəhrəman obrazı roluna Nəsir Bağırovun doğma nəvəsi və itkin babasının adını daşıyan məktəbli - 167 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Nəsir Bağırov çəkilib.

Filmin ssenari müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, quruluşçu rejissoru Xəyyam Abdullazadədir.

Film Qarabağ müharibəsində itkin düşmüş minlərlə Azərbaycan vətəndaşına həsr edilib. Film xarici auditoriyada da nümayiş üçün ingilis dilində alt yazılarla hazırlanıb.  

İctimai baxışdan sonra tanınmış ictimai xadimlər, müxtəlif QHT təmsilçiləri ekran işi ilə əlaqədar fikirlərini bölüşüb, müəllif sualları cavablandırıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi itkinlər mövzusunda uğurlu layihələrin dəstəklənməsi işini bundan sonra da davam etdirəcək. Agentlik 2024-cü il üçün elan etdiyi müsabiqələrdə əsas istiqamətlərdən biri kimi itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair layihə təkliflərinə üstünlük verəcək:





Baxış sayı: 265
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031