“Azərbaycanla münasibətlərimizdə yeni dövrə qədəm qoyduq”.
Fact-info.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Ersin Tatar Azərbaycandakı görüşlərinin çox məhsuldar olduğunu bildirib. Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan rəsmilərinin və ictimaiyyətinin onu xüsusi maraqla qarşıladığını bildirib.
"Azərbaycanla qədim əlaqələrimizi möhkəmləndirmişik”, - Ersin Tatar vurğulayıb.
O, qeyd edib ki, Azərbaycan ilə ŞKTC arasında təhsil, incəsənət, mədəniyyət, turizm, qarşılıqlı ticarət və digər sahələrdə əlaqələr davam edəcək. "Ana vətən Türkiyədən sonra Azərbaycanla da əlaqələrimizin inkişaf edəcəyini düşünürük", - Şimali Kipr Türk Respublikasının Prezidenti deyib.
Baxış sayı: 95
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
