FACT-INFO.AZ » SİYASƏT » İlham Əliyev xalqı öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq
12-10-2023, 13:30 | SİYASƏT
İlham Əliyev xalqı öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq

Sadiq Qurbanov
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli Sahibə xanım,
Hörmətli həmkarlar,


Bu gün əlamətdar bir günə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hakimiyyətinin ildönümünə həsr edilmiş xüsusi iclada çıxış etmək hər birimiz üçün şərəfdir.

Bu xüsusi iclas üçün xanım sədr sizə dərin təşəkkürümü bildirirəm. Siyasət həddindən artıq incəliklərlə zəngin olan elm olduğuna görə onu həyata keçirənlər də yüksək intellektə, siyasi zəkaya malik olmalı, cəmiyyətdəki hadisələrin inkişafı və dəyişməsi axarını məharətlə duymalıdır. Cəmiyyəti, xalqı ağıllı, düzgün idarə etmək əsl sənətdir, siyasi məharətdir. Dövləti müdrikliklə idarə edənlərin siyasi mənəviyyatı mənsub olduğu xalqın milli sərvəti kimi qiymətləndirilməlidir.

Bu mənada Heydər Əliyev siyasəti xalqımızın çox qiymətli mənəvi sərvəti kimi qəbul edilmişdir. N.Tusi insanları təkmilləşdirən ədalətli, müdrik, namuslu siyasəti “ilahi siyasət” hesab edir və Aristotel isə siyasətin dörd növünü qeyd edir: ölkə siyasəti, qələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti. Onun fikrincə, ölkə siyasəti camaatın fəzilətinin artmasına, qələbə siyasəti nakəs adamlara qarşı görülən tədbirlərə, kəramət siyasəti insanların peşə və sənətləri inkişaf etməsinə, camaat siyasəti ədalətli vicdan əsasında tərtib edilmiş müxtəlif qayda-qanunlara deyilir.

Bu konteksdən yanaşaraq deyə bilərik ki, Cənab İlham Əliyev Heydər Əliyev kimi siyasətə kompleks yanaşmanın, daxili və xarici siyasəti vəhdətdə götürməyin, siyasi, iqtisadi, mənəvi, mədəni aspektləri vəhdətdə təqdim etmənin canlı nümunəsidir. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi, eyni zamanda demokratik prinsiplərin və milli dəyərlərin sintezini yarada bildi.

Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırmağa nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır.

Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Cənab Prezident İlham Əliyevin iyirmi illik fəaliyyətinin ən şah əsəri 44 günlük Zəfər müharibəsi və separatizmin ləğv edilməsidir. Bu starteji siyasətin uğur qazanılması uzunmüddətli zərgər dəqiqliyi ilə hesablanmış siyasi təfəkkürün məhsuludur.

Bu strategiyanın əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Bu gün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan amilinin xüsusi yeri var. İllər oncə neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olunmasında, iqtisadi potensialımızın artmasında “Əsrin müqaviləsi” nə qədər mühüm rol oynayırdısa Azərbaycanın milli maraqlarının təmin olunmasın da da bir o qədər mühüm rol oynayırdı. Konsorisumun üzvü olan ölkələrin Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən jestlər təkcə ədalətli mövqeyin deyil həmçinin iqtisadi qüdrətimizin göstərcisi idi.

Cənab İlham Əliyevin 20 illik hakimiyyəti bizə nə qazandırdı.
• Böyük Qələbəni –Zəfəri
• Müasir tələblərə cavab verən Müzəffər Ordu.
• Ərazi bütövlüyümüzün bərpa olunması
• Müzəffər xalq və qalib dövlət kimi yaşamağı.
• Zədələnmiş milli qürurumuzun bərpasını təmin etdi.
• Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi
• Təkamül yolu ilə inkişaf edən demokratik ənənələr
• Milli iqtisadiyyatın diversifikasiyası
• İqtisadiyyatı güclü olan Azərbaycan.
• Enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bildi.
• Regionların sosial-iqtisadi inkişafına nail olunması
• Müstəqil xarici siyasəti olan, güclü Azərbaycan.
• Dövlət-Xalq və Hakimiyyətin Siyasi münasibətlə fonunda həmrəyliyinə.
Və ən nəhayət Türkün kimliyini bütün dünyaya bir daha göstərdi.


44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı.

Biz inanırıq ki, bütün döyüşlərdən qələbə ilə çıxan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qərbi Azərbaycan qaydışla bağlı siyasəti də qələbə ilə nəticələnəcək və soyadaşlarımızın öz doğma torpaqlarına qayıtmasını təmin edəcəkdir!

Bu inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.




Baxış sayı: 250
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30