FACT-INFO.AZ » XƏBƏR » 44 günlük Zəfər müharibəsinin şəhidi Murad Musayev
11-10-2023, 16:30 | XƏBƏR
44 günlük Zəfər müharibəsinin şəhidi Murad Musayev

Murad Musayev: “Sabah əynimə nə geyinəcəm deyə, heç ağlınıza kəfən gəldimi?

Musayev Murad Polad oğlu 1 oktyabr 2001-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olub. Şəhidimizin ulu babaları Şərur-Dərləyəz qəzasında Andranikin qoşunları ilə qəhrəmancasına vuruşan Çivə taborunun (tabora Xalq qəhrəmanı Balo bəy Vəkilov komandanlıq edirdi) iştirakçıları olub. Babası Məhəmməd Tənfəyev İmirli kəndinin ağsaqqallarından sayılır. Atası Polad Tənfəyevin və anası Kəlbəcərdən köçkün düşmüş ziyalı Mədət Seyidovun qızı Arzu xanımın onun vətənpərvər ruhda böyüməsində rolu danılmazdı.

M.Musayev İmirli kənd orta məktəbinin bitirb. O, 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdi.
Azərbaycan Ordusunun əsgəri olan Murad Musayev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Musayev 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün nəşi doğulduğu Bərdə rayonunun İmirli kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Musayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Bu, şəhid Murad Musayevin rəsmi bioqrafiyasıdır.
Şəhidin bacısı Nigarın qardaşı haqqında dedikləri niskilli həyat hekayəsinin ən sentimental çalarları hesab etmək olar.

Nigar Musayeva: “Şəhid olmaq qardaşımın ən böyük arzusu idi. Uşaq vaxtı həmişə deyirdi ki, mən şəhid olacam bu mənim arzumdur. Onun idealı Mübariz İbrahimov idi. Deyirdi Mübarizin qisasını alacam. O, mənə deyirdi ki, həmişə səninlə bir yerdə olacayıq. Amma şəhidliyi daha üstün tutdu. Düzdü çətindi mənə onu heç kim əvəz edə bilməz. Onun nəfəsini onun qoxusunu heç kim əvəz edə bilməz. Amma mən dərk edirəm ki, şəhidlər ölməzdi o cənnətdədir.Tədbirlərdə həmişə bayrağı ona verirdilər, üç rəngli bayrağı dalğalandırmaq qaradşıma çox yaraşırdı. Son danışığımızda mənə Nigar özündən muğayat ol, ola bilər gəlmərəm deməsini heç vaxt unutmaram. O, şəhid olmağı o qədər istəyirdi ki, mən onun şəhid olacağını hiss etmişdim”.

Şəhid Murad Musayevin əsgər kitabçası onun nə qədər vətənpərvər bir şəxsiyyət olmasının ən gözəl nümunəsidir. Əsgər kitabçasını həyacansız oxumaq mükün deyil.

Əsgər kitabçasında ən təsirli sözlərdən biri şəhid Murad Musayev “Ata Ana sevdiklərinizin qədrini bilin” sözləridir.

Əsgər kitabçasında yazılan bu şeir əsgərlərimizə sevginin ifadəsidir.

Nə qar bitər nə boran
Nə döşək var nə yorğan
Əldə silah posta duran
Əsgərlərin sağlığına

Əsgər kitabçasından Murad Musayev yazır: “Sabah əynimə nə geyinəcəm deyə heç ağlınıza kəfən gəldimi?, Onlar rahatdır onlar dünyadan uzaqdırlar”
Şəhid M.Musayevin sevgilisinə xitabən əsgər kitabçasına yazdığı bu bayatı isə onun sevgi hekayəsinin ən niskilli notlarıdır.


Apardı Tatar məni
Qul edib satar məni
Yarım vəfalı olsa
Axtarıb tapar məni

Şəhid Murad Musayev əsgər kitabçanın bir səhifəsində bir mərmi birdə siqaret şəkili çəkib və altına bu sözləri yazıb : İkisinin də məqsədi eynidir. Sadəcə biri tez alışır biri isə gec.

Ürək döyüntülərinin işarəsi altında yazır: “Bu bün son gün kimi yaşadıq bəlkə də sabahı görmədik”.
El.TV-nin aparıcısı dəyərli ziyalımız İnqilab Şirinbəylinin televiziya ekranlarından Murad Musayevə həsr etdiyi verliş də əsgər kitabçasının hər sətrini incələyərək şəhidimizi ailə üzvləri ilə həmsöhbət olması da şəhidimizin ruhuna ehtiramın ifadəsidir. Ruhun şad olsun əziz və qəhrəman Şəhidimiz!

Səməd Vəkilov




Baxış sayı: 620
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30