FACT-INFO.AZ » SİYASƏT » “SkyNews Arabia”: Azərbaycan və Türkiyə liderləri Fransanın qeyri-konstruktiv mövqeyinə etiraz ediblər
7-10-2023, 10:00 | SİYASƏT
“SkyNews Arabia”: Azərbaycan və Türkiyə liderləri Fransanın qeyri-konstruktiv mövqeyinə etiraz ediblər

Azərbaycan ilə Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilən sammitində iştirak etmədilər. Rəsmi Bakı bunun səbəbini fransız hökumətinin Cənubi Qafqazda qeyri-konstruktiv mövqeyi və bu ölkənin baş diplomatı Kolonnanın İrəvanda səsləndirdiyi bəyanatlar olub.

Fact-info.az xəbər verir ki, bu fikirlər “SkyNews Arabia” telekanalının canlı efirində Avropa Siyasi Birliyinin üçüncü sammiti və Cənubi Qafqazda yeni reallıqlar barədə proqramında səsləndirilib.

Verilişin aparıcısı qeyd edib ki, Azərbaycanın və hazırda regionda böyük təsirə malik olan Türkiyənin iştirakı olmadan Qranadada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin gələcək taleyi və sülh sazişinin imzalanmasına dair müzakirələr aparılması, xüsusən müvafiq bəyanatın imzalanması mahiyyət etibarilə heç bir əhəmiyyətə malik deyil. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev yeni reallıqlar fonunda Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasında, Ermənistanla sülh sazişinin tezliklə imzalanmasında, həmçinin öz ərazisindəki erməniəsilli sakinlərin cəmiyyətə reinteqrasiyasında maraqlı olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə səylər göstərir. Fransa və Avropanın digər ölkələri bu səylərə dəstək verməlidir. Bakı hesab edir ki, Ermənistanın lideri Nikol Paşinyanın bir neçə dəfə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanatlar konkret sənəddə əks olunmalıdır.

Sonda diqqətə çatdırılıb ki, rəsmi Bakı Brüssel formatı çərçivəsində danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarı olduğunu bəyan edib, eyni zamanda, Fransanın qərəzli mövqeyini, xüsusən Parisin Ermənistana silah və hərbi texnika verəcəyi barədə bəyanatını pisləyib. Digər tərəfdən, Fransa və Almaniyanın Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ankaranın danışıqlarda iştirak etməsinə qarşı çıxması vəziyyəti daha da mürəkkəbləşdirib.

 




Baxış sayı: 35
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30